Şəkərtli diabetə çox zaman gec diaqnoz qoyulur. Həkim müayinəsinə qədər isə orqanizmimizdə qan şəkərinin davamlı yüksək olması bədənə ciddi zərər verə bilər.
“Medicina” xəbər verir ki, həkim – endekrinoloq Aleksandr Yuroçkinin sözlərinə görə, xüsusilə, tez-tez sidik yollarının infeksiyası diabetin qeyri-aşkar bir əlaməti ola bilər.
Həkimin sözlərinə görə, şəkər bakteriya və mayanı özünə çəkir, qanda səviyyə yüksəldikdə infeksiyalar baş verə bilər.
“Bundan əlavə, diabetin qeyri-aşkar əlamətlərinə bədəndə tez-tez qaşınma daxildir. Yyüksək qan şəkəri sinir liflərini, xüsusilə periferiyada yerləşən qol və ayaqları zədələyir. Narahatlıq verən qaşınma ətraflara qan dövranının azalmasını göstərir.
Həmçinin, diabetli insanlarda görmə problemləri başlayır: bulanıq görmə, zəif diqqət. Bütün bunlar gözlərdə mayenin səviyyəsinin dəyişməsi ilə əlaqədar baş verir ki, bu da orqanizmin maye, yəni sidik itirərək, artıq şəkərdən xilas olması nəticəsində baş verir.
Diabetin gözlənilməz əlaməti qəbizliyə meyillikdir. Yüksək qlükoza səviyyəsi bağırsaqdakı sinirlərə zərər verir və bağırsaq hərəkətliliyinin yavaşlamasına səbəb olur”.
Aygün Musayeva