Kosmetik salonlarda kirpikləri və qaşları seyrəkləşən qadınlara kipriklərin qaynağı, qaşların tatuajı kimi bir sıra prosedurlar tətbiq olunur. Lakin yaranan problemi boya və süni materialların köməyilə deyil, təbii yollarla aradan qaldırmaq daha məqsədəuyğun olardı. Bunu üçün isə vaxt və səbir tələb olunur.
Medicina.az yetkin insanlarda qaş və kirpiklərin hansı səbəblərdən töküldüyünü araşdırıb.
Kirpiklərin tökülməsi normal haldır. Belə ki, kirpiklər orta hesabla 21 gün sonra tökülərək yenisi ilə əvəzlənir. Kirpiklərin həddən artıq tökülməsi isə artıq normal deyil. Buna görə də, belə halla üzləşdikdə kirpikləri qalınlaşdırmazdan əvvəl onun tökülmə səbəbini araşdırmaq lazımdır.
Qaşlar insan simasının ən vacib elementlərindən biridir. Qaşları formaya salmaq, kəsmək, boyamaq təbii ki, onların tökülməsinə səbəb olur. Lakin bir çox başqa səbəblər də var:
Stress - İnsan əsəbi olduqda bədənində yaranan mənfi dalğa məhz zəif yerlərə təsir göstərir. Qaş və kirpiklər məhz bu cür nahiyyələrdə yerləşdiyindən də ilk əziyyət çəkən də onlar olur.
Kosmetika - Müasir kasmetikanın tərkibində olan maddələr allergik reaksiya yaratmaq iqtidarındadır. Bu isə tük köklərinin zəifləməsinə və onların tökülməsinə gətirib çıxara bilər.
Hormonal dəyişikliklər - Hormonal fonun dəyişməsi, hamiləlik, endokrin xəstəliklər və s. hallar da qaş və kirpiklərin tökülməsini tətikləyir.
Tez-tez kirpik tökülməsi gözün iltihabı xəstəlikləri – blafarit, konyuktivit, demodekoz səbəbindən yaşanır. Ev şəraitində bu problemdən xilas olmaq mümkün deyil. Buna görə də, mütəxəssisə nə qədər tez müraciət etsəz, daha çox kirpik tökülməsinin qarşısını ala bilərsiniz.
Əgər tibbi bir problem aşkarlanmazsa, deməli, kirpiklərin tökülməsinin əsas səbəbi düzgün edilməyən qulluqdur.
Kirpiklərin qalınlaşması üçün isə aşağıda göstərilənlərə əməl etməyiniz məsləhətdir:
- Dekorativ kosmetikadan bacardığınız qədər az istifadə edin
- Suyadavamlı tuşdan yalnız ehtiyac olduğu zaman istifadə edin
- Gözünüzdə olan kosmetikanı təmizləmədən yatağa uzanmayın
- Gözlərdən kosmetikanı təmizləmədən əvvəl tuşu "yumşaldın”. Bunu uşaq kremi ilə etmək daha asan olar. Kremi gözünüzə çəkin, 2-3 dəqiqə saxlayın. Sonra isə pambıq tampunla təmizləyin
- Bir tuşu 3 aydan artıq müddətdə istifadə etməyin. Bu müddət ötdükdə tuş bakteriya yuvasına çevrilir
- Hovuzda eynəkdən istifadə edin. Hovuz suyuna əlavə edilən dezinfeksiyaedici maddələr gözün selikli qişasına, qaş və kipriklərə mənfi təsir göstərir
Kiprik və qaşların tökülməsinin azaldılması və qalınlaşması üçün bir sıra vasitələrdən istifadə edilir:
Gənəgərçək yağı – qaş və kirpiklərin möhkəmləndirilməsi üçün 1 nömrəli vasitə hesab olunur. Yaxşı təmizlənmiş tuş fırçası ilə yağı gündəlik olaraq yatmazdan əvvəl kirpiklərə çəkmək 5-15 dəqiqədən sonra pambıqla təmizləmək lazımdır
Ayı pəncəsi yağı – qaş və kiprik köklərini bərkidir. Yatmazdan əvvəl kprik köklərinə çəkmək lazımdır
B vitamini (Biotin) qəbul edin - kirpik və qaş tüklərinin yaxşı uzanması üçün əlavə vitamin qəbulu vacibdir. B vitamini isə bu işdə ən yaxşı vasitəsidir.
Yatmazdan əvvəl qaş və kirpiklərinizi darayın. Bu, tük follikullarının qanla təhcizatını yaxşılaşdaracaq və uzanmanı sürətləndirəcəkdir.
Arzu
Medicina.az