İngiltərənin baş naziri bu qışda da kovid -19 riskinin davam edəcəyini bildirib.
Medicina.az xəbər verir ki, baş nazir Conson İngiltərənin pandemiya ilə mübarizədə qış planlarında birinci addımın daha çox əhalinin peyvəndlənməsi olduğunu açıqlayıb.
Kovid -19 hələ İngiltərə üçün təhlükəli risk olaraq qalır. Hökumətin B planı da hazırdır.
Boris Conson bu planın tərkibində peyvənd pasportlarının məcburi ola biləcəyini də istisna etmədi.
Ölkədə 16 yaşdan yuxarı əhalinin 80%-i 2 doza vaksin olunub. Yaşlı insnaların 90%-də antitellər formalaşıb.
“Yaşınıza bağlı olaraq, əgər peyvənd olmayıbsızsa, virusda ölmə ehtimalınız hər iki doza peyvənd vurdurandan 9 dəfə daha yüksəkdir”.
Conson hələ də ölkəsində 7 milyon insanın peyvənd edilməli olduğunu vurğulayıb.
Professor Vitti peyvənd olunmayanların bu qış daha çox təhlükədə olduğunu deyib.
“Qarşıdan xəstəliklər mövsümü qış gəlir. Pandemiya bitməyib. İnsanlar bunu ciddiyə almalıdır. Qışda virusdan ağırlaşıb xəstəxanaya yerləşdirilənlərin böyük əksəriyyəti peyvəndsizlər ola bilər. Hələ həyatımıza təhlükə varkən, rahatlanmaq olmaz”.