Tacikistan Prezidenti Emoməli Rəhmon vətəndaşları ərzaq ehtiyatı yığmağa çağırıb.
Bakupost.az xəbər verir ki, prezident dünyadakı proseslərin iqtisadi və sosial böhrana səbəb olacağını bildirib.
O deyib ki, qarşıdakı il insanlıq üçün bütün sahələrdə və münasibətlərdə ağır və gərgin il olacaq. Xüsusən ərzaq təminatında ciddi çatışmazlıq gözlənilir.
"Biz gərək isti yaz və yay aylarının hər günündən səmərəli istifadə edib, bol məhsul üçün çalışmalı, kənd təsərrüfatını dirçəltməliyik.
Əkin, biçin işlərini vaxtında düzgün planlamalıq".
O insanları ən azı 2 illik ərzaq ehtiyatı yığmağa və qənaətli işlətməyə çağırıb.
"Çətin dönəmlərdə bir-birimizi dəstəkləməli, darda qoymamalıyıq".
Aygün Musayeva
BakuPost