Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Qarşıda sizi daha təhlükəli bir pandemiya gözləyir” - Həkimdən qorxunc PROQNOZ

  • 2021.02.15 14:05
  • 1606 Baxış
 “Qarşıda sizi daha təhlükəli bir pandemiya gözləyir” -  Həkimdən qorxunc PROQNOZ

Yaxın gələcəkdə bəşəriyyəti SARS-CoV-2-dən daha təhlükəli olacaq yeni bir pandemiya gözləyir.

Medicina.az xəbər verir ki, bu barədə məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov Ura.ru-ya verdiyi müsahibədə danışıb.

Onun fikrincə, vəziyyət daha da pisləşə bilər: “Koronavirus bir növ təlim idi, ancaq daha pis bir pandemiya baş verəcək. Bu, 100 faiz olacaq. Yeni infeksiya iki şəkildə görünə bilər. Birincisi, quş və ya donuz qripi virusu heyvanlardan insana keçəcək. İkincisi, insandan insana yoluxma riskləri gözlənilir. Odur ki, gözləməkdən başqa yol yoxdur. İnsanları xilas etməyin yeganə yolu universal qrip peyvəndi hazırlamaqdır. Əks təqdirdə pis olacaq.

Bunun nə zaman baş verəcəyini bilmirəm, bəlkə bir il, bəlkə beş və ya on il sonra. Lakin bu müddətdən əvvəl elm adamları yeni bir universal qrip peyvəndi hazırlamaq üzərində düşünməlidir” , - Myasnikov qeyd edib./Publika.az