Həkimlər insanları yayda qarpızla yemişi çox və birgə yeməyin zərəri barədə xəbərdarlıq edib.
Bakupost.az xəbər verir ki, klinik laboratoriya həkimi Anna Safonova bostan meyvələrinin ayrılıqda yeyilməsini tövsiyə edib.
"Yayda qarpız yemiş birlikdə yeyilir. Bu 2 qida yüksək qlikemik indeksə malikdir, ağır şəkər miqdarı çoxdur.
Qarpız və yemiş ayrı-ayrılıqda bir iki dilim yeyildikdə belə, qanda şəkər çox yüksəlir. Təsəvvür edin, eyni vaxtda 2 şəkərli meyvə qana qlükoza sıçradır.
Bu həm insulin dirənçi olanlara, həm şəkəri olanlara, həm piylənmədən əziyyət çəkənlərə böyük zərbədir.
Qarpızla yemişin böyrəklərə təsiri də fərqlidir. Qarpız daha çox sidikqovucudur.
Kəskin qastrit və pankreatiti, böyrək, öd daşları olanlara bu 2 meyvə birlikdə qəti olmaz.
Hamilələr gündə hərəsindən ayrı-ayrılıqda bir dilim yeyə bilər.
Qarpız yemiş güclü allergen ola bilər. Allergiyası olanlar diqqətli olsun".