Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarpızın inanılmaz faydaları - Tumları ilə birlikdə yeyin!

  • 2021.06.10 11:45
  • 4191 Baxış
Qarpızın inanılmaz faydaları -  Tumları ilə birlikdə yeyin!
Yay aylarının sevilən və sərinlədici meyvəsi olan qarpız ən çox tükətilən meyvələr sırasında yer alır. Su və şəkərdən ibarət olan qarpızın kalorisi və qida dəyəri olduqca zəngindir və doyuruculuğu yüksəkdir. Tərkibində bir çox vitamin və minerallar var.

Medicina.az qarpızın faydalarını təqdim edir:

100 qram qarpız 30 kaloridir.
Su miqdarı çoxdur. 100 qram qarpızın təxminən 90 qramı sudur.
Protein və lif tərkiblidir.
Tərkibində folat, niasin, pantotenik turşusu var.
Piridoksin və tiamin komponentlərindən ibarətdir.
A ve C vitamini baxımından zəngindir.
E və B6 vitamini tərkiblidir.
Natrium, kalium və kalsium qaynağıdır.
Tərkibində maqnezium, manqan və sink var.

FAYDALARI

Gündəlik olaraq orqanizmin ehtiyac duyduğu və yeməli olduğunuz C vitamini miqdarının 15%-ni 1 pors qarpız yeyərək qarşılaya bilərsiniz.

Qan təzyiqini salır. Piylənmə problemi olan insanlara tövsiyə edilir.

Likopen tərkibli qarpız sümüklərin sağlamlığını qoruyur. Yaş artdıqca görülmə tezliyi artan osxendrozun qarşısının alınması üçün təbii metod kimi qəbul edilir.

Qarpızın hamilələrə faydaları da çoxdur. Buna görə də gələcək analara qarpız yemələri tövsiyə olunur. Hamiləlik dövründə tez-tez rast gəlinən mədə yanması kimi problemlərə xeyirli olan qarpız həm də əl və ayaq şişməsinin qarşısını alır. Səhərlər daha çox rastlanılan ürək bulanması və əzələ kramplarını azaldır.

Çox bilinməsə də, qarpızın cinsi həyata da faydaları var. Xüsusilə qarpızın ağ hissələrinin cinsi istəyi artırdığı və cinsi enerji verdiyi bildirilir.

Çox zaman qarpız qabığının faydaları nəzərə alınmır və qarpızın özü istehlak edildikdən sonra atılır. Qarpız qabığının dəri üçün çox yaxşı bir təmizləyici və nəmləndirici olduğunu deyə bilərik. Xüsusilə qarpızın qabığının ağ hissələri ilə üzünüzə masaj edə bilərsiniz. Eyni zamanda iltihab önləyici özəlliklərə malikdir.

Qarpız tumlarının faydalarına gəldikdə isə ən təsirli xüsusiyyəti xolesterolu tarazlaşdırmasıdır. Qarpız yeyərkən tumları ilə birlikdə yeyin. Qarpız tumları xolesterolu normada saxlayır və pis xolesterolu azaldır.

Lif mənbəyi olaraq bilinən qarpızın mədə üçün bir çox faydası var. İçindəki lif mədə və bağırsaq sistemini tənzimləyir. Qəbizlik və həzmsizlik kimi problemlərin qarşısını alır.

Tərkibindəki likopen xərçəngin qarşısını almaqda mühüm rol oynayır.

Beynin sağlamlığını artırır, yaddaşı gücləndirir.

ZƏRƏRLƏRİ

Qarpızın hansısa zərəri və ya yan təsiri yoxdur. Lakin həddindən artıq yeyilməsi bir sıra təsirlərə səbəb ola bilər. Böyrək xəstələrinin qarpız yeməzdən əvvəl həkimə müraciət etmələri tövsiyə olunur.

Bəs əks təsiri olmadığı halda, niyə mədəyə toxunur?

Mütəxəssislər, qarpızın 90% -dən çoxunun su olmasına görə şişkinliyə səbəb olduğunu bildirirlər. Bundan əlavə, qarpızın pendirlə yeyilməsi daha uyğundur. Çünki qan şəkərinin tarazlığın bu şəkildə qorunub saxlana bilər.

Qarpız necə seçilir?

Qarpız seçərkən sapağına baxın. Sapağı yaşıl olanlar, tarladan yeni qoparıldıqları və yetişmədiklərinə işarədir. Sapı quru olan qarpızlar yetişmiş və daha şirin olur. Qarpıza vuraraq tox bir səsin gəlib-gəlmədiyinə də baxa bilərsiniz.