Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarpızdan zəhərlənən qadın öldü

  • 2018.08.13 17:34
  • 9166 Baxış
Qarpızdan zəhərlənən qadın öldü
Salyan rayonunda 36 yaşlı qadın qidadan zəhərlənib.


Medicina.az Report-a istinadən xəbər verir ki, rayonun Yenikənd kənd sakini, 1982-ci il təvəllüdlü Gülnar Əli qızı Məmmədova ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Qadına qida zəhərlənməsi diaqnozu qoyulub. Vəziyyəti ağır olan 36 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. 


Yaxınlarının verdiyi məlumata görə, qadın bir neçə gün əvvəl qarpız və pomidor yedikdən sonra səhhətində problem yaranıb. Zəhərlənmənin də bu qidalardan yarandığı ehtimal edilir. 


Faktla bağlı araşdırmalara başlanılıb.