Qarpız yedikdən sonra bədəndə ödemlər ürək və böyrək xəstəliklərində ola bilər.
“Medicina” xəbər verir ki, həkim Andrey Tyajelnikovun sözlərinə görə, qarpız yeyəndən sonra şişən insan mütləq müayinə üçün müraciət etməlidir:
“Bu orqanizmdə ciddi dəyişiklik barədə siqnal ola bilər. Adətən, ürək, böyrək xəstələrində maye durğunluğu olur. Bir sıra xroniki digər xəstəliklər var ki, bu zaman qarpız yemək olmaz və ya çox ehtiyatlı olmaq lazımdır. Diabet xəstələrində həm ürək, həm böyrək problemi olduğu üçün çox az qarpız yeməlidir”.
Aygün Musayeva