Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarpız və yemiş tumları ilə arıqlamaq mümkündür

  • 2023.08.07 15:49
  • 1911 Baxış
Qarpız və yemiş tumları ilə arıqlamaq mümkündür

Əksər qadın artıq çəkidən qurtulmaq üçün bir çox yollara əl atır. Yay aylarında bunun üçün qarpız, yemiş tumlarından istifadə edə bilərsiz.

Medicina.az xəbər verir ki, Türkiyəli professor Dr.Vədat Göral nahar fasiləsində yüksək kaloriyə malik qida əvəzinə zəngin liflərə malik qarpız -qovun tumu yeməyin faydalarını araşdırıb. Burda əsas məqsəd yemək fasilələrində yüksək kalorili qidalar qəbul etməməkdir.


Bir ovuc yemiş tumunda 23 kalori olduğunu qeyd edən həkim, bu kalorili maddələrdən istifadə edən insanların gün ərzində tox qaldığını, nəticədə orqanizmin yüksək kalorili qida tələb etmədiyini qeyd edib.

“Təqribi 20 dəqiqə qovurub soyuduqdan sonra qəbul edə biləcəyiniz yemiş tumları tərkibindəki lif sayəsində tox tutmaqla yanaşı, həm də metobolizmi sürətləndirərək bədəndən toksinləri atmağa kömək edir”.

Dr.Vədat Göral, 30 qramında 158 kalori olan qarpuz tumunun stressə və depressiyaya olan müsbət təsirlərindən də söz açıb.

Xanım