Moskva klinik xəstəxanasının infeksionisti korona xəstələrinin vəziyyətini yüngülləşdirəcək tövsiyələr verib.
Medicina.az xəbər verir ki, evdə müalicə alanlar pnevmoniya oldu-olmadı koronavirus təsdiqlənibsə, gün ərzində bol,3 litrə qədər vitaminləşdirilmiş mayelər içməli və tez-tez qarnı üzərində, qolları yuxarı uzanmalıdır. Bu, ağciyərlərin işini yaxşılaşdırır, qanın oksigenlə dolmasını təmin edir.
“Koronavirus xəstələri mütləq evdə yataq şəraitində olmalıdır. Bu zaman həkimin yazdığı dərmanları ciddi rejimdə qəbul etməli, hər yarım saatdan bir 200 ml isti su, ilıq su və ya vitaminləşdirilmiş su içməli, C vitamini ilə zəngin meyvə yeməlidir.
Xəstə kürəyi üstə uzandıqda, ağciyərlərin hava tutumu azalır. Ona görə dincələrkən də qarının və dizlərin altına yumşaq yastıq qoyaraq, qarnı üzrə uzanmaq lazımdır. Bu vəziyyət müalicəvidir. Bu zaman qanda oksigen və saturasiya 1-2 dərəcə artır”