Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarnınız çox köpürsə - Səbəbi susuzluqdur

  • 2023.05.01 16:05
  • 1379 Baxış
Qarnınız  çox köpürsə  - Səbəbi susuzluqdur
Qarında köp müxtəlif səbəblərə görə yarana bilər. Lakin bəzən köpə səbəb adi su çatışmazlığı səbəbindən baş verə bilər. Çünki bağırsaq və ya yoğun bağırsaq su çatışmazlığı səbəbindən ciddi təsir görən ən iri orqandır.


“Medicina” xəbər verir ki, həkim – terapevt Tamara İlinskayanın sözlərinə görə, isti havalarda bədəndə kifayət qədər su olmaması xüsusilə təhlükəli pozğunluqlara səbəb ola bilər.


“Bir çox insanlar lazımi miqdarda su içmir və buna aktiv tərləmə əlavə olunursa, nəticədə susuzlaşma vəziyyəti yarana bilər.

Əhəmiyyətli dehidrasiya beyin ödemi, böyrək funksiyasının pozulması, hətta şok və koma kimi ciddi fəsadlarla nəticələnir.


Su içən, amma yenə də çox az içənlərin bağırsaqlarında çox vaxt problemlər yaranır. Bu orqan həzm olunan kütlələrin və nəcisin keçməsini təmin etmək üçün gündə bir litrdən çox mayeyə ehtiyac duyur. Su çatışmazlığı səbəbindən bağırsaq yavaşlayır və bəzən tamamilə dayanır, qəbizlik olur.

Su çatışmazlığının əlamətləri;

Qəbizlik. Bədən az su qəbul etdikdə, onun həzm sistemi bu çatışmazlığı kompensasiya etmək üçün yeyilən qidadan suyu almağa başlayır ki, bu da onun keçməsini çətinləşdirir, ağrı və qəbizliyə səbəb olur.

Turşuluq. Su çatışmazlığı ilə mədənin pH səviyyəsi azalır və turşuluq artır. Əgər bədəndə kalsium və maqnezium yoxdursa, bu, xoraların, qastritin və turşuluğun inkişafına kömək edir.

Şişkinlik. Susuzlaşma elektrolit balansının pozulmasına gətirib çıxarır ki, bu da həzmi pozur. Qida kütlələrinin bağırsaqlarda yığılması və şişkinlik meydana gəldiyi zaman tıxanma baş verir.

Günay Quluzadə