Dünəndən sulu qar yağması ilə əlaqadar çox insanın başında küt ağrılar olub, miqren aktivləşib.
"Medicina" xəbər verir ki, rusiyalı həkim Sergey Stepanov bunun səbəbini açıqlayıb.
"Burda əsas səbəb baş özü yox, atmosfer təzyiqidir. Atmosfer təzyiqi çox aşağı düşəndə baş beyin, boyun damarları genişlənir.
Bəzi insanlar və yaşlı xəstələrdə bu hal fəsadsız keçmir.
Belə havada təzyiqi olanlar dərmanını içməli, stabil otaq temperaturunda olmaq, yaxşı yatmaq və yüngül qidalanma, televizor və telefona az baxmaq lazımdır.
Ağrı güclü olsa damar spazmı və ağrı əleyhinə bir dərman içilə bilər.
Aygün Musayeva