Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarlı havaya görə dərslər dayandırılıb? - Rəsmi cavab

  • 2025.02.21 10:29
  • 262 Baxış
Qarlı havaya görə dərslər dayandırılıb? -  Rəsmi cavab

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Medicina.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

“Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik”, - məlumatda bildirilib.