Yeni bir araşdırma, qarışqaların zədələnmiş yoldaşlarının ayaqlarını amputasiya etdiklərini üzə çıxarıb.
Yaralı qarışqaların 76 faizinin yuvada bu cür əməliyyat keçirdiyi məlum olub.
Medicina.az xəbər verir ki, İsveçrənin Lozanna Universitetində aparılan araşdırmada elm adamları xüsusi “otaq"da saxladıqları qarışqaların davranışlarını təhlil ediblər.
Ayaqlarından xəsarət alan qarışqaların amputasiya edildiyi müşahidə olunub. Belə ki, yuvadakı digər qarışqalar dişləyərək yaralının ayağını kəsiblər.
Aparılan təcrübə zamanı yaralanan 24 qarışqadan 21-inin ayağı amputasiya edilib. Ayağı amputasiya olunmayan 3 qarışqanın öldüyü, "müalicə olunan" 21 qarışqanın isə sağ qaldığı bildirilib.
Tədqiqatda qarışqaların ayağın yuxarı hissəsindən zədələnənlərə müdaxilə etdiyi, aşağı hissədən yaralananların isə “əməliyyat” edilmədiyi müəyyən olunub.
Araşdırmaçılar qarışqaların yaranın növünü ayırd edə və müalicələrini ona uyğunlaşdıra bildiyini diqqətə çatdırıblar.
Bu, insandan başqa bir canlının tətbiq etdiyi amputasiyanın ilk nümunəsi hesab olunur.
Aysel