Fransa alimləri yaxın gələcəkdə insanın sağlamlığının müdafiəsi işində çox böyük rolu oynaya biləcək qarışqaların modifikasiyası üzərində işləyirlər.
Medicina.az xəbər verir ki, qarışqalardan insan orqanizmindəki şişlərin aşkar edilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. Alimlər aşkar ediblər ki, qarışqalar itlər kimi qoxu vasitəsilə təhlükəli yeni törəmələri axtara bilərlər.
Son illərdə aparılmış müxtəlif sınaqların gedişatında itlər həqiqətən insanın nəfəsindəki tipik çalarlar üzrə ağciyərlərdəki şişlərin bəzi növlərini aşkar ediblər.
Hazırki tədqiqat göstərib ki, qarışqalar bu diaqnostikada böyük potensiala malikdirlər. Alimlər aşkar ediblər ki, bütün məşqlərin bir neçə dəqiqəsindən sonra formica fusca qarışqaları insanın sağlam hüceyrələri ilə bədxassəli hüceyrələri ayırmağa qadirdir.
Alimlər hesab edir ki, sağlam və xərçəng hüceyrələri müxtəlif komponentlərini qoxu üzrə tanımaq imkanına malikdirlər.
"Hazırda biz xərçəngin diaqnostikasında MRT-yə, mammoqrammaya və qanın analizlərinə daha çox söykənirik, lakin bu üsullar kifayət qədər invaziv və bahalıdır", - deyə alimlər qeyd edib.
Yeni tədqiqat qarışqaların köməyi ilə xərçəngin diaqnostikasını sürətli və ucuz həyata keçirdiklərini göstərib.