Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarının şişib köpməsi təkcə həzmlə bağlı deyil – Dəhşətli diaqnoz ola bilər

  • 2018.12.30 16:26
  • 16871 Baxış
Qarının şişib köpməsi təkcə həzmlə bağlı deyil –  Dəhşətli diaqnoz ola bilər
Qarnım köpdür, şişib, yeməkdəndir, həzmdəndir deyən qadınlar fikriniz yanlış ola bilər. 


Medicina.az xəbər verir ki, Britaniya Onkoloji cəmiyyətlərdən biri belə bir xəbərdarlıq yayıb ki, qadınlarda meteorizm, qarında köp yumurtalıq xərçənginin birinci və əsas əlamətlərindən biridir. 


Adətən başqa simptomlarla səhv salınır.


Əgər köpdən əlavə qarında, xüsusən sağ-sol tərəfli ağrı, iştahsızlıq, tez-tez sidiyə getmə də varsa, o zaman ginekoloqa gedib yumurtalıqları tam yoxlatmaq lazımdır.


Bunlara əlavə olaraq ürəkbulanma, həzm problemləri, intim əlaqə zamanı narahatlıq, ağrı, beldə ağrı, qəbizlik, vaginal qanaxma varsa,  vaxtı yubatmayın. İlk başda yumurtalıq xərçəngi aşkar olunduqda, əməliyyatla tam sağalmaq mümkün olur. 


Xüsusən 50 yaşından sonra, genetik olaraq nəsildə süd vəzi və uşaqlıq xərçəngi olan qadınlar ildə bir dəfə bu müayinədən keçməlidirlər.