İncə bir bədən formasına malik olmaq istəyən qadınlar böyük fədakarlıqlara əl atırlar. Amma bu problemlərdən xilas olmaq üçün sadə reseptlər var.
“Medicina” xəbər verir ki, həkim - nutrisoloq Anna Serafimoviçin sözlərinə görə, darçının maddələr mübadiləsini stimullaşdırmaq və yağların parçalanmasını sürətləndirmək qabiliyyəti çoxdan məlumdur.
“Darçın bədəndə patoloji proseslərin inkişafına mane olan və bədxassəli yenitörəmələrin yaranmasının qarşısını alan bir çox antioksidant ehtiva edir.
Darçın və balın birləşməsi klassik sağlamlıq reseptidir. Yüksək şəkər tərkibinə baxmayaraq, bal tez-tez diyetə daxil edilir. Beləliklə, balın darçınla gündəlik istifadəsi yalnız artıq çəki ilə mübarizə aparmağa deyil, həm də bədəni möhkəmləndirməyə kömək edəcəkdir.
Nəzərə almaq lazımdır ki, darçın və ya arı məhsullarına allegiyası olan insanlara bu reseptdən istifadə etmək olmaz.
Ən sadə və məşhur reseptlərdən biri aşağıdakı kimi hazırlanır:
- Bir stəkan qaynar suya yarım çay qaşığı darçın tökün. Yarım saat dəmlənməsinə icazə verin. Bir çay qaşığı bal əlavə edin, qarışdırın və yatmazdan bir saat əvvəl dəmləmənin yarısını için. Səhər oyandıqda dəmləmənin qalan yarısını isitmədən için. Kursun müddəti məhdud deyil. Bir neçə gün ərzində rifahın yaxşılaşması nəzərə çarpacaq: ürəyin işi yaxşılaşacaq, zəiflik yox olacaq, dərinin və saçın vəziyyəti yaxşılaşacaq və toplanmış piylər əriməyə başlayacaq”.
Günay Quluzadə