Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarında şişlik yumurtalıq xərçənginə səbəb ola bilər – DİQQƏT!

  • 2019.10.25 11:37
  • 14888 Baxış
Qarında şişlik yumurtalıq xərçənginə səbəb ola bilər –  DİQQƏT!

Yumurtalıq xərçənginin simptomları adətən gec aşkarlandığı üçün müalicəsi də gecikir. Türkiyəli Ginekologiya və Doğum Mütəxəssisi Dos. Dr. Gökhan Boyraz bu haqda yeni araşdırmasında bəzi məqamları qeyd edib. Həkim bildirib ki Qarın ağrısı,ürəkbulanma və s. hallar bu xəstəliyin 
əhəmiyyətli simptomlar ola bilər.


 


 


 


 


Medicina.az xəbər verir ki, mütəxəssis bildirib ki, bütün digər xərçəng növləri kimi yumurtalıq xərçənginin
müaalicəsi üçün də erkən diaqnoz çox vacibdir.


 


 



 


 


 


Qarın ağrısı, həzmsizlik, ürəkbulanma
və qusma, iştahsızlıq və erkən doyma, qarın ağrısı, sidikdə dəyişiklik (tez-tez
sidiyə çıxmaq, tam rahatlaşa bilməmək), bağırsaq davranışında dəyişikliklər (qəbizlik,
tam rahatlaşa bilməmək), vajinal qanaxma, sızma, vaginadan sulu axıntı və s. xüsusilə
də menopauzadan sonra bu şikayətləri olan
qadınlar ciddi ginekoloji müayinədən keçməlidirlər.


 


 


 


Həkim bildirib ki, əgər qadınlarda menepauzadan sonra yumurtalıqda mürəkkəb bir kütlə var və qarında maye toplanması halı aşkarlanıbsa, yumurtalıq xərçəngi şübhəsi çox güclüdür.


 


 


Yumurtalıq xərçənginin aradan
qaldırılması üçün əməliyyat vacibdir. Ən
vacib amil ilk əməliyyatın həcmi və keyfiyyətidir. Əsas məqsəd əməliyyat
zamanı gözlə
görünən bir şiş qalmamasıdır. Elmi araşdırmalar göstərir ki, görünən şiş
olmayan xəstələrin sonrakı müalicəsi də uğurludur.


 



 


Bu səbəblə əməliyyat zamanı yalnız uterus və
yumurtalıqları deyil, şiş yayıldığı bütün toxumaları çıxardır. Cərrahi müalicədən sonra xəstəliyin mərhələsinə görə
kimyaterapiya qərarı verilir. Əməliyyatın son mərhələsində, geridə qalan hər
hansı bir mikroskopik şiş hüceyrəsini öldürmək üçün qarın boşluğuna 41-43 C
temperaturda 90 dəqiqə davam edən bir kimyaterapiya tətbiq olunur. Xəstəlik
yükünün minimum olduğu bu mərhələdə, şiş hüceyrələrinin birbaşa müalicəsi
yumurtalıq xərçənginin müalicəsində çox təsirli və perspektivli bir üsuldur.


 



 


 


Hamiləlik şansı varmı?


 


 


"Təəssüf ki, yumurtalıq xərçəngi
hələ döllənməmiş gənc xəstələrdə də ortaya çıxa bilər" – deyə həkim əlavə
edib. Onun sözlərinə görə, gənc xəstələrin
bu diaqnozunun ilk sualı, 'uşaqlıq və digər yumurtalıqları qoruyub, ana ola bilərəmmi?
olur.


Digər tərəfdən, yumurtalıq xərçəngi,
elmi məlumatlara görə müalicə edilmədiyi təqdirdə son dərəcə ölümcül olan təhlükəli
bir xəstəlikdir, buna görə də bu xəstələrdə ən vacib prioritet xəstənin həyatıdır.
Xəstələrdə uterus və digər yumurtalıqları qorumaqla hamiləlik
mümkündür.Bu xəstələrə çox yaxın onkoloji təqib lazımdır.

Qarında şişlik yumurtalıq xərçənginə səbəb ola bilər –  DİQQƏT!
Qarında şişlik yumurtalıq xərçənginə səbəb ola bilər –  DİQQƏT!
Qarında şişlik yumurtalıq xərçənginə səbəb ola bilər –  DİQQƏT!