Bağırsaqlarda qaz və köpmə olduqda, insanlar buna adi hal kimi yanaşır.
Bir çoxları həkimə getmədən özünümüalicə ilə məşğul olurlar. Amma bu düzgün deyil. Çünki köpmə bir çox ciddi xəstəliklərin xəbərçisi də ola bilər.
Bəs köpmənin səbəbi nədir?
1. Qıcıqlanmış bağırsaq sindromu
Köpmə üzüm müddət davam edir, yanaşı olaraq qəbizlik, meteorizm və ağrı ilə müşayiət edilir.
Bu xəstəlik dünyada geniş yayılmış xəstəliklər siyahısındadır. Statistikaya görə, qıcıqlanmış bağırsaq sindromundan hər 4 nəfərdən biri əziyyət çəkir.
Müalicəsi yoxdur, amma əlamətlərini aradan qaldırmaq mümkündür. Əgər qarın işləməsi varsa, o zaman meyvə-tərəvəz, süd məhsulları, paxlalılar kimi ərzaqlardan uzaq durmaq lazımdır. Qəbizlikdə isə əsasən yağlı və duzlu qidalar ixtisara salınmalıdır.
2. Meteorizm
Bağırsaqlarda çox miqdarda qaz əmələ gəlir. Amma başqa əlamətlər müşahidə olunmur.
Gün ərzində 15 dəfə və daha çox qaz xaric olur. Bəzən bu proses çox əziyyətverici olur.
Bu haldan əziyyət çəkən insanlar ilk növbədə noxud, mərci, brokkoli, kələm, qara gavalı, alma qəbul etməkdən imtina etməlidirlər.
Bu məhsullar bədən tərəfindən gec mənimsənilir, bağırsaqdan keçdiyi müddətdə isə kükürd qazı əmələ gətirir.
3. Seliaksiya (qlüten xəstəliyi)
Əgər daimi yorğunluq və qarın ağrıları sizi incidirsə, deməli bu xəstəlikdən əziyyət çəkirsiniz.
Seliaksiya autoimmun xəstəliyi olub həzm traktına qlüten tərkibli qidaların düşməsi ilə üzə çıxır.
Əgər özünüzdə və yaxınlarınızda bu əlamətləri müşahidə etsəniz, o zaman mütləq həkimə müraciət etməlisiniz.
4. Hormonal disbalans
Əgər sizdə menstruasiya və ya hamiləlik müşahidə edilirsə, o zaman köpdən əziyyət çəkə bilərsiniz.
Çünki menstruasiyadan əvvəlki dövrdə və hamiləlik zamanı proqesteronun səviyyəsi artır. Bu səbəbdən də bağırsaqların peristaltikası azalır və qida bağırsaqlarda yavaş hərəkət edir.
Bağırsaqların peristaltikasını artırmaq üçün gün ərzində gəzmək, çoxlu maye qəbul etmək və meyvə yemək lazımdır.
5. Yumurtalıq xərçəngi
Bu xəstəlik zamanı davamlı toxluq hissi və qarında ağrılar olur. Əsas əlaməti isə heç vaxt keçməyən köpmədir.
Aradan qaldırılması:
1. Stressin səviyyəsini azaldın.
2. Bağırsağın mikroflorasını düzəldin. Probiotikli qidalar qəbul edin.
3. Yatmazdan əvvəl yemək yeməyin. Mədədə yanğı hissi uzanarkən yaranır. Buna görə də, çalışın ki, saat 20.00-dan sonra heç bir qida qəbul etməyin. Başınızın altına əlavə yastıq qoyun.
4. Bol miqdarda maye istifadə edin.
Gün ərzində 8 stəkan su içmək sizi qəbizlikdən azad edəcək.
6. Şəkər istifadəsini azaldın.
Şəkər orqanizmə çox zərər vurur. Bu maddə əsasən də bağırsaqlarda olan xeyirli və zərərli bakteriyaların balansını pozaraq köpmə yaradır.
Əsas da şəkəri daha da zərərli maddələrlə əvəzləməyin. Məsələn: süni şəkərəvələyiciləri də disbakterioz və köpməyə səbəb olur. Yaxşı olardı ki, qazlı sulardan və şirniyyatdan tamamilə imtina edəsiniz.
Salam çox çox üzr istəyirəm. Məndə tez tez qaz ixrac etmə olur, bunun səbəbi nə ola bilər
Sualim budurki mende babasir deyilen problem var ve gun erzinde qaz ifrazi coxdur bunlara nece care tapmaq olar?
Memmedova