Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarında köp və şişkinlik öd durğunluğundandır

  • -0001.11.30 00:00
  • 3 Baxış
Qarında köp və şişkinlik öd durğunluğundandır


Mədə-bağırsaq traktının ən geniş yayılmış narahatlıqlarından biri mədənin və qarnın şişməsidir.

“Medicina” xəbər verir ki, endokrinoloq Dilara Lebedeva şişkinliyin səbəbini açıqlayıb:


“Mədə-bağırsaq traktının pis işləməsinin səbəbi öd durğunluğu ilə əlaqələndirilə bilər.


Normal öd istehsalı mədə-bağırsaq traktının işləməsi üçün böyük əhəmiyyət kəsb edir. Öd ferment istehsal proseslərini aktivləşdirir, yağların həzmini təmin edir və bağırsaq peristaltikasına təsir göstərir. Öd durğunluğunun qarşısını almaq üçün müntəzəm və faydalı yağlardan ibarət səhər yeməyi şərtdir.


Düzgün səhər yeməyi bədəndəki bütün metabolik prosesləri başladır, bunun sayəsində öd yağlarla "mübarizə" etmək üçün bağırsaqlara yönəldilir" .

Həkim vurğuladı ki, səhər yeməyində protein mənbələri (yumurta, qoz-fındıq, pendir), yağlar (avokado, yağlı balıq, yağ), nişastası olmayan tərəvəzlər (xiyar, pomidor, kələm) olmalıdır.


Aygün Musayeva