Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarında köp hansı halda ciddi xəstəlikdən xəbər verir?

  • 2022.12.30 16:35
  • 3594 Baxış
Qarında köp hansı halda ciddi xəstəlikdən xəbər verir?


Çox zaman qarında köp, qaz yemək-içkilərlə bağlı olur. Amma bu hal ciddi xəstəliklərin də əlaməti ola bilər. Ona görə adi köpdür, keçər gedər deyə düşünməyin.

Bakupost.az xəbər verir ki, dietoloq həkim Siqne Svanfeld təhlükəli pozulmalar barədə danışıb.

“Yeyəndən dərhal sonra mədənin sanki dolması, ağırlaşması, az yemək qəbuluna baxmayaraq, mədə və qarının köpməsi bir neçə həzm xəstəliyi ilə yanaşı, qıcıqlanmış bağırsaq sindromu, laktoza dözümsüzlüyü, çeliaki, mədəaltı vəz, mədə xərçəngi səbəbindən ola bilər.

Əgər köp yanma, qıcqırma, gəyirmə, mədə turşuluğu ilə müşayiət olunarsa, eləcə də udma problemi, sanki boğazda nəsə qalma hissi varsa, mültəq qastroenteroloqa müraciət edin.

Qarında köp ağrı verirsi, bu qıcıqlanmış sindrom, kolit, mədə və bağırsaq xərçəngindən ola bilər.

Qarında köplə yanaşı qurultu da varsa, bu Kron və xora xəstəliyi, bağırsaqda poliplər, xroniki iltihabi prosesdən xəbər verir.

Meteorizm – normadan artıq qaz yaranma qida allergiyası, laktoza, qlüten həssaslığındandır.

Hansı hallarda qarında köp zamanı həkimə getmək lazımdır?

- Əgər köp 4 həftədən artıq davam edirsə
- Mədədə, mədə altında, göbək altında, üstündə bərkimə hiss olunursa
- Köplə yanaşı çəki itirmə, arıqlama varsa
- Nəcisdə selik, qan görünürsə