İnfarktın atipik əlamətləri içərisində ağlagəlməyənləri yorğunluq və qarın ağrısıdır.
“Medicina” xəbər verir ki, kardioloq Svetlana Beyazrovanın sözlərinə görə, insanlar infarktdan şübhələnmək üçün çox vaxt sinədə ağrı gözləyir.
“Amma yaxınlaşan infarkt atipik simptomlarla da özünü göstərə bilər. Məsələn, digər orqanların xəstəliklərinə oxşar əlamətlər. Yorğunluq, öskürək, qarında ağrı. Hətta dişlərdə kəskin ağrı. İnfarkt zamanı düz bağırsaq, daban və ayaqlarda ağrı, başgicəllənmə ola bilər. Çox pasiyentlər bunları səhv salır, hətta həkimlər də diaqnozda gecikir.
Ona görə istənilən halda xüsusən 50 yaşdan yuxarı insanlarda bu əlamətlər varsa, birinci ürək yoxlanmalı, sonra digər istisnalar edilməlidir”.
Aygün M