Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarın piylərindən xilas olun! - Pəhrizlər

  • 2019.11.14 14:10
  • 37812 Baxış
Qarın piylərindən xilas olun! -   Pəhrizlər





 


Dadlı yeməkləri, ləziz
şirniyyatları, meyvə sularını süfrədə görəndə çox vaxt özümüzü saxlaya
bilmirik. "3 günlük dünyadır" bəhanəsi ilə ən dadlı təamların dadına
baxırıq. Lakin bu 3 günlük dünyanı yekə qarınla başa vurmaq heç də parlaq fikir
deyil. Yaxşı ki, pəhriz və idmanla qarında toplanmış xoşagəlməz yağları əritmək
mümkündür. 
Bəzən  isə bu pəhrizlər, məşqlər olduqca baha başa gəlir.


 


Medicina.az sizə evdə hazırlaya biləcəyiniz çox ucuz , heç bir əlavə zəhmət tələb etməyən və bir o qədər də ləzzətli olan pəhriz növlərini təqdim edir: 


Soğan suyu 

Soğanı bişən yeməklərdə geniş şəkildə istifadə etsək də, təəssüf ki, qoxusuna görə çiy formada elə də çox faydalana bilmirik. Artıq bu dərd yoxdur. Soğan suyu bədəndən toksinləri atmağa kömək edir. 1 litr suya iki soğanı 4 yerə bölərək atın və 5 dəqiqə qaynadın. İliq halda yeməkdən öncə için. Ən yaxşı nəticəni almaq üçün 6-8 həftə içmək lazımdır. Suyu təzə halda içmək lazımdır, bir gün belə gözlənilən məhluldan istifadə məsləhət görülmür. 



 


Limonlu qatıq 

Təmiz mineral su, yağsız qatıq və bir limonun suyu. Bəlkədə arıqlamaq üçün ancaq bu məhsullara ehtiyacın var? Bu qarışım xüsusi ilə qarın və bud nahiyəsindəki yağları əritmək üçün faydalıdır. 1 kasa qatıq, 1 limonun suyu və 1 şüşə suyu yaxşı-yaxşı qarışdırıb səhərlər ac qarına için. 



Zəncəfil və darçınlı qatıq

Qatıq ən yaxşı pəhriz məhsullarının başında gəlir. Zəncəfil və darçınla birləşəndə isə gücü birə-beş artır. Bu məhsuldan gecə yatmamışdan öncə istifadə etmək məsləhətdir. Çünki orqanizm gecələr daha yaxşı yağ yandırır. Toz halındakı zəncəfil, darçını bir kasa qatıqla qatın. Yatmamışdan 3-4 saat öncə qəbul edin. Yatana qədər isə azı 3 stəkan suyu az-az için. Həftədə iki dəfə bu məhluldan istifadə edin. Hamilə qadınlar və süd verən analara məsləhət görülmür. 



Acı istiotlu məhlul

Bizə lazım olan 3 qaşıq qırmızı pul bibər, 3 limon suyu və 3 stəkan isti sudur. Məhsulları bir qabda qarışdırın və gün nahardan sonra 3 stəkan için. 



Xurmalı qatıq

Xurma tərkibindəki təbii şəkər sayəsində nəinki arıqladır, həm də bir çox xəstəliklərdən də qoruyur. Bu meyvə şirniyyat istəyini azaldır. Xüsusi ilə qatıqla birlikdə. Üç ədəd orta ölçülü xurma, 1 kasa qatıq və 1 çay qaşığı darçın. Toxumu çıxardığınız xurmaları xırda-xırda doğrayın qatıq və darçınla qatın. Əks təsiri yoxdur. 




 

Qarın piylərindən xilas olun! -   Pəhrizlər
Qarın piylərindən xilas olun! -   Pəhrizlər
Qarın piylərindən xilas olun! -   Pəhrizlər
Qarın piylərindən xilas olun! -   Pəhrizlər
Qarın piylərindən xilas olun! -   Pəhrizlər