Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarın piylərindən 5 dəqiqəyə xilas olmağın sirri

  • 2023.07.12 14:24
  • 1641 Baxış
Qarın piylərindən 5 dəqiqəyə xilas olmağın    sirri
Hər gün ən azı beş dəqiqə ayıracağınız vaxt qarında piylərin yığılmasının qarşısını almağa kömək edə bilər.



“Medicina” xəbər verir ki, həkim –nutrisioloq İqor Strokovun sözlərinə görə, axşam yeməyindən sonra gəzintiyə çıxmaq və ya gündə beş dəqiqəlik meditasiya etmək vərdişini inkişaf etdirmək lazımdır.


“Gündəlik mini-gəzinti kimi beş dəqiqəlik özünə vaxt ayırmaq visseral yağdan (qarın piyindən) qaçmaq üçün stress səviyyələrini azaldır. Stress yağları realdır.


Qlükokortikoidlər - adrenal vəzlərin xarici hissəsi tərəfindən istehsal olunan steroid hormonlardır. Bu səviyyələr stress səbəbiylə yüksəldikdə, qarın bölgəsində yağ yığılmasına səbəb olur və nəticədə visserial yağ meydana gəlir.

Yüksək kortizol səviyyələri həddindən artıq yeməyə də səbəb ola bilər. Bununla belə həddindən artıq kolorili yeməklər yeməsəniz belə, stress səbəbiylə visseral yağları artıra bilərsiniz.

Hər axşam yeməyindən sonra ayırdığıniz 5 dəqiqəlik gəzinti həm sizi stressdən və piylənmədən xilas edəcək”.

Günay Quluzadə