Daimi olaraq, nəzarətsiz qəbizliyə qarşı bağırsaq işlədici dərmanların qəbulu şişlərin yaranmasına səbəb olur, onkoloji xəstəliklərə zəmin yaradır.
Bakupost.az xəbər verir ki, bunu həkim-valeoloq Lidiya Siniçina bildirib.
Çox zaman qadınlar bu dərmanlardan arıqlamaq üçün də istifadə edir. Yedikdən sonra dərhal qəbul edir ki, bağırsaqlar boşalsın. Lakin tibbi baxımdan bu dərmanlar çox vaxt özünü doğrultmur və faydasından çox orqanizm üçün öldürücü olur. Nəcislə birgə orqanizmdən vacib elektrolitlər – natrium, kalium, maqniy xaric olur. Bu da orqanizmin susuzlaşmasına, əksinə qəbizliyin daha da artmasına gətirib çıxarır.
“Bütün işlədici dərmanları uzun müddət, hər gün qəbul etmək olmaz. Orqanizmdə asılılıq yaranır. Bağırsaqlar tənbəlləşir. Bağırsağın təbii iradi işi pozulur. Sonradan bu insanlarda qarında ağrılar, qaraciyərin toksiki zədələnməsi, orqanizmdə susuzlaşma, quruma, ciddi qəbizlik və nəticədə bədxassəli şişlər yarana bilir”.
Aygün Musayeva
BakuPost