Bütün qışı artıq çəkisi ilə barışıb, yayda sanki yuxudan ayılan qadınlar tezbazar qarın, bel, ayaq, qol nahiyələrini incəltmək istəyirAparat kosmetologiyasında ən son model olan SİET Krio Lipoliz aparatı ilə qısa müddətə əməliyyatsız arıqlamaq mümkündür.
Bioloji Təbabət klinikasının həkim-kosmetolozu Vəfa Yəhyazadə aparatın üstünlüklərini açıqladı:
"Arıqlamaq üçün müraciət edən xanımlarda ilk olaraq kökəlmənin səbəbləri araşdırılmalıdır. Əgər hormonal, maddələr mübadiləsi pozğunluğudursa, yanaşı olaraq endokrinoloq, dietoloq müalicəsi və təyinatı ilə aparat prosedurlarına başlanılır.
Kriolipoliz aparatı əməliuyyatsız liposaksiyanı əvəz edir. Aparat prosedurları lokal nahiyələr üçün xüsusilə önəmlidir: bel, qarın, qollar. Əvvəlcə kavitasiya ilə yığılmış piy toplumları yumşaldılır, parçalanır, əridilir. Arıqlayan nahiyədə dəridə boşalma, sallanma baş verdiyindən radioflikans başlığı ilə dərini yığırıq. Üz üçün olan radioflanks başlığı ilə dəridəki sallanma, qırışları, boşalmanı götürür. Buxaqda artıq piyləri əridir.
Daha sonra limfadrenaj aparatı ilə piy limfa sistem vasitəsilə bədəndən xaric olunur. Bu həm də venoz və limfa dövranını bərpa edir.
Aparat bel, bud, omba, kürək, qarın, qol nahiyələri uğurla incəldir.
Arıqlamaq üçün 6-8 seans kifayət edir. Əgər aparatdan sonra pəhrizə əməl olunarsa, hər hansı pozulma səbəbindən kökəlmə baş verməzsə, bu aparatdan təkrar keçməyə, ildə bir neçə dəfə təkrarlamağa ehtiyac yoxdur.
Doğuşdan 6 ay sonra, keysəriyyə əməliyyatından 1 il sonra bu prosedurlara başlamaq olar.
Müəyyən ginekoloji problemlərdə, qaraciyər, böyrəklərdə ciddi problemi, zobu olanlara olmaz.
Bu aparat istirahətdən öncə, ya toya hazırlaşan xanımlar qısa müddətdə bədən formalarını normaya salmaq üçün çox uyğundur. Yaş fərqi yoxdur”.
Əlaqə:
Tel.: (+994 12) 430 89 89
Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında