Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarın ağrısı ilə həkimə getdi - İçindən 5 kiloqramlıq şiş çıxarıldı

  • 2017.11.25 10:27
  • 19260 Baxış
Qarın ağrısı ilə həkimə getdi -  İçindən 5 kiloqramlıq şiş çıxarıldı
Qarın ağrısı şikayəti ilə həkimə gedən qadın gördüklərindən şoka düşüb.

 

Medicina.az xəbər verir ki, Türkiyənin Denizli şəhərində qarın şişliyindən və  mədə ağrısından əziyyət çəkən Kadriye Gürten həkimə müayinəyə gedib. Qadının qarnında isə 5 kilo şiş təsbit edilib.


Qadın dərhal əməliyyata alınıb. Əməliyyat edən cərrah Suat Gencer xəstənin vəziyyəti haqqında açıqlama verib: "Şiş çox böyük idi. Qarından ağciyərə qədər uzanırdı. Uğurlu şəkildə şişi götürdük və əməliyyatı sonlandırdıq”.