Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarın ağrısıyla xəstəxanaya getdi - Eşitdiklərinə inanmadı

  • 2019.12.26 10:30
  • 8476 Baxış
Qarın ağrısıyla xəstəxanaya getdi -  Eşitdiklərinə inanmadı
Qarnı ağrıdığı üçün xəstəxanaya gedən qadın əməliyyat olunub.

Medicina.az xəbər verir ki, türkiyəli Duriye Duman adlı xanım qarınındakı küt ağrılar səbəbindən xəstəxanaya müraciət edib. Müayinə edildikdən sonra məlum olub ki, onun qarnının arxa divarında 10 santimetr uzunluğunda şiş var.

Dərhal əməliyyata alınan qadını şişdən xilas etmək mümkün olub. Təqribən 6 saat çəkən əməliyyat zamanı yarım kiloqramlıq şiş çıxarılıb. Həkimlər xəstəxanada ilk dəfə belə bir əməliyyat etdiklərini söyləyib.

Hazırda 46 yaşlı xanımın vəziyyəti yaxşıdır və o bir neçə gün daha həkim nəzarətində saxlanılacaq.