Türkiyədə 23 yaşlı gənc qarın ağrısı şikayəti ilə xəstəxanaya gəlib və burada bütün daxili orqanlarının tərs yerləşdiyini öyrənib.
Medicina.az xəbər verir ki, Adıyamanın Kahta rayonunda yaşayan gəncdə qəfil qarında şiddətli ağrılar başlayıb.
Güclü ağrıya dözməyən gənc Kahta Dövlət Xəstəxanasına müraciət edib.
23 yaşlı xəstənin ambulator müayinəsində onun anadangəlmə orqanlarının dünyada nadir rast gəlinən tərs (Situs Inversus Totalis) olduğu müəyyən edilib.
Ağrısının bu səbəbdən deyil, appendisit olduğu bildirilib.
Ümumi Cərrahiyyə Mütəxəssisi Op. Dr. Salih Yılmaz və komandası qapalı (laparoskopik) cərrahiyyə üsulu ilə uğurlu əməliyyat keçirib.
Əməliyyatdan sonra xəstənin səhhətinin yaxşı olduğu öyrənilib.
Aygün
Medicina.az