Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarayara xəstəliyindən ölənlərin sayı artır

  • 2017.11.09 10:39
  • 13019 Baxış
Qarayara xəstəliyindən ölənlərin sayı artır
Gürcüstanda 28 yaşlı qadın qarayara xəstəliyindən ölüb.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyinə istinadən "İnterfax" məlumat yayıb.

Bildirilir ki, ölən qadın 28 yaşlı Poti şəhər sakinidir. Ehtimal edilir ki, qadın həkimə gec müraciət edib.


"Xəstəyə müvafiq tibbi yardım göstərilib, lakin, təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayyıb", - deyə Səhiyyə Nazirliyinin Poti regional laboratoriyasının epidemioloqu Maka Qabunia bildirib.


Qeyd edək ki, bu, il ərzində ikinci belə ölüm hadisəsidir. 2017-ci ilin sentyabrında Gürcüstanda qarayara xəstəliyindən birinci ölüm hadisəsi Acariyada qeydə alınıb.