Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaranlıqda telefonla oynayanlar kor ola bilər - ALİMLƏR

  • 2019.11.07 17:04
  • 4528 Baxış
Qaranlıqda telefonla oynayanlar kor ola bilər -  ALİMLƏR

Mobil telefon
asılılığı olduqca qorxulu bir təhlükə olaraq ortaya çıxıb. Həkimlər
yataqda smartfon istifadəsinin "göz iflici"nə
səbəb olduğunu söyləyiblər.



Medicina.az xəbər verir ki, bir çox
insan yatmazdan əvvəl smartfonlar vasitəsilə sosial mediaya baxır, oyun oynayır
və ya bir şey oxuyur. Əslində bu günümüzdə olduqca adi bir haldır. Ancaq bu
günahsız vərdişin gözlərə ziyanı hətta göz iflicinə səbəb olacağını bilirsinizmi?



Çində bir
adam, qaranlıqda daim telefonuna baxdıqdan sonra müvəqqəti korluq yaşadığı üçünhəkimə müraciət edib. Çinli həkim Lei
Tao, elektron cihazlara uzun müddət baxmağın göz iflicinə səbəb ola biləcəyini
söyləyib. .Hər ay ən azı 20 gənc xəstəliyi müvəqqəti korluq səbəbiylə xəstəxanaya
gəlir.


 



Retinada
damarların tıxanması korluğa səbəb olan bu xəstəliyin ani, ciddi və ilk əlamətidir.
Araşdırmalara görə, göz iflici xəstəliyi hər il artır və xüsusilə gənclər
arasında yayılır. Bu, yalnız müvəqqəti deyil, həm də xəstənin həyat keyfiyyətinə
və cəmiyyətdə fəaliyyətinə təsir edən davamlı korluqla da nəticələnir.


Bir gözdə
qəfil görmə itkisi, smartfon korluğunun ilk əlaməti. Bu adətən qaranlıqda bir tərəfi
üstə yatıb, telefonun ekranına tək gözlə baxmaqdan yaranır.



 


Ümumiyyətlə
narahatlıq 15 dəqiqə ərzində yaxşılaşır, ancaq daha uzun müddət çəkərsə təcili
olaraq bir həkimə yaxınlaşmaq lazımdır.