Banan alanda çoxu sarı, hətta yaşıl, hələ tam yetişməmiş, bərk, üzərinə qara ləkə düşməmiş, yumşalmamışlarını seçir. Bu həm də bananı evdə bir müddət saxlaya bilmək üçündür.
Amma qaralmış, xal düşmüş, içi qəhvəyi rəng almış, yumşaq banan digər banana nisbətən ikiqat daya faydalıdır və onları yemək xüsusilə vacibdir.
Medicina.az xəbər verir ki, alimlər qaralmış banın orqanizmə daha yaxşı və fərqli təsir etdiyini bildirir.
Belə ki, banan yetişdikcə, çox yumşaldıqca, şirinləşir. Bu ona görə baş verir ki, mürəkkəb karbohidratlar və şəkər həll olaraq, daha sadə və faydalı saxaroza çevrilir. Belə bananı orqanizm və qan daha tez mənimsəyir, həzm yaxşı gedir, vitaminlər çox olur.
Maraqlısı odur ki, qaralmağa başlayan bananda xüsusi bir maddə olur ki, o hətta şiş hüceyrələrinə qarşıdır. Banan çox yetişəndə içində güclü antioksidant yaranır. İmmun sistemini möhkəmlədir, infeksiyalara qarşı davamlı edir. Ona görə alimlər tez –tez çox yetişmiş banan yeməyi tövsiyyə edir.
Bu barədə ətraflı mənbə göstərə bilərsinizmi? Məsələn, qeyd olunan alimlərin adları və s.