ALT, yəni Alanin Aminotransferaza analizi qaraciyərin zədələnməsini yoxlamaq üçün aparılan qan analizidir. Qaraciyərin müxtəlif mənşəli zədələnmələri zamanı – dərman maddələri, alkoqol, virus hepatitləri və s. təyin olunur.
Bizim qaraciyərimiz çox vacib funksiyalar yerinə yetirir:
- qəbul etdiyimiz qidaların həzmi üçün öd sintez edir
- qandan bütün toksinləri və artıq maddləri təmizləyir
- fermentlər və xolesterol sintez edir
Hepatit və sirroz kimi xəstəliklər qaraciyəri zədələyərək bu həyatı vacib funksiyaları yerinə yetirməyə qoymur.
Medicina.az xəbər verir ki, ALT ən çox qaraciyərdə olur, az miqdarda böyrəkdə və digər orqanlarda da rast gəlinir. Orqanizmimiz ALT-dən qida maddələrini enerjiyə çevirmək üçün istifadə edir. Normada ALT səviyyəsi qanda aşağı olur. Əgər qaraciyər zədələnmişsə o daha çox ALT sintez edir, nəticədə qanda da miqdarı yüksəlmiş olur.
ALT ilə birgə digər qaraciyər sınaqları AST, QQT, ALP, Albumin, Bilirubin aparılır.
ALT analizi nə vaxt təyin olunur:
Hepatit viruslarına yoluxma zamanı
Çoxlu alkoqol qəbulu zamanı
Əgər ailə anamnezində qaraciyər xəstəliyi varsa
Qaraciyəri zədələyən dərman qəbul edilmişsə
Həmçinin illik profilaktik çek-ap müayinələrinə ALT daxil edilir.
P.S. ALT-nin rast gələ biləcəyiniz köhnə adı serum glutamik-piruvik transaminaza (SGPT)dir.
Qaraciyərin funksional pozğunluğunu və necə işləməsini bilmək üçün bu analizləri
Medi Plus klinikasının yeni və sərfəli laboratoriyasında verə bilərsiz. Eləcə də terapevt məsləhəti ala bilərsiz.
Heç bir narahatlıq hiss etməyən şəxslər belə ildə 1 dəfə bu analizləri verməlidir.
Ünvan: Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.
Tel: 055 252 45 94;
012 434 59 36