Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyərindən qardaşına pay verən müğənninin vəziyyəti ağırlaşdı

  • 2022.06.08 15:57
  • 2869 Baxış
Qaraciyərindən qardaşına pay verən müğənninin  vəziyyəti ağırlaşdı



Bir müddət əvvəl qaraciyərinin bir hissəsi qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyovanın səhhəti ağırlaşıb.

Medicina.az xəbər verir ki, sənətçinin Türkiyədə həyata keçirilən əməliyyatından sonra vəziyyəti hər ötən gün daha da pisləşib. Bu səbəblə də ifaçı təcili olaraq reanimasiyaya yerləşdirilib.

Müğənninin qaraciyərinin bir hissəsi nəql edilən qardaşı Kamran Kərimbəyovun səhhəti isə yaxşılaşmağa doğru gedir.

Qeyd edək ki, Nərminin qardaşı uzun illərdir "Hepatit B" xəstəliyindən əziyyət çəkirdi.