Mərakeşdən Başkent xəstəxanasına çatdırılan 2 yaşlı İçrakın xilas olacağına ümid az idi.
“Medicina” xəbər verir ki, xüsusi təyyarə ilə Mərakeşdən Ankara Başkent xəstəxanasına gətiriləndə uşaq otura bilmir, nəfəs ala bilmir, yemirdi. Qarnı həddən artıq şiş və böyümüş idi.
Uşağın qaraciyərində olduqca böyük törəmə və metastazlar aşkarlandı.
Artıq 3 aydır xəstəxanada olan İsraka xüsusi müalicə təyin edilib.
Qaraciyər transplantasiyası əməliyyatına uyğun olmadığı üçün xəstə uşaq şöbəsində kimyaterapiyaya başlayıb. Nəticədə qaraciyərdəki şiş kiçilib, metastazlar ləğv olub. Uşaq güclənib, yeyir, gəzir və gülür. Artıq o, qaraciyər nəqlinə hazırlanır.
Başkent Universiteti xəstəxanası dünyanın müxtəlif ölkələrindən xəstə qəbul edir.
Artıq Bakıda Başkent Azərbaycan şöbəsi də açılıb.
Xəstəlik zamanı ümidsiz olmayın. Hər xəstə, hər körpə bizim üçün dəyərlidir.
Əlaqə telefonu:
055 257 59 20
medicina.az