Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyərin vəziyyətini yaxşılaşdıran meyvə

  • 2023.08.09 13:51
  • 2765 Baxış
Qaraciyərin vəziyyətini yaxşılaşdıran meyvə

Alimlər bu məhsulu gəncliyi uzatmaq və bir çox sağlamlıq göstəricilərini yaxşılaşdırmaq üçün əlverişli məhsul adlandırıb.


“Medicina” xəbər verir ki, dietoloq Gridina.N ucuz və hər yerdə olan gavalının gəncliyi qorumağa kömək edən məhsul olmasını qeyd edib.

Onun sözlərinə görə gavalıda bədənin hüceyrələrinin qocalmasına mane olan bir çox antioksidant və C, A, B vitaminləri var.

“Gavalı faydalı bağırsaq mikroflorasının böyüməsinə kömək edən çox miqdarda lif ilə zəngindir, bu, yalnız həzmə müsbət təsir göstərmir, həm də immunitet sistemi üçün əla dəstək olur, ümumi sağlamlığı yaxşılaşdırır. Həmçinin lif bolluğu və vitaminli tərkibi sayəsində gavalı qaraciyərin vəziyyətini yaxşılaşdırmağa kömək edir”

Mütəxəssis gavalının tərkibində fruktoza olduğuna da diqqət çəkib. Çəki və ya diabetlə bağlı problemi olan şəxslərin bu nüansa diqqət etməsi vacibdir. Amma gündə 3 ədəd gavalı yemək olar.

Xanım