Qaraciyər orqanizmdə ən iri vəzdir. O qandan toksinləri təmizləyir və böyrəklərə ötürür. Zamanla müəyyən şəraitdə və səbəblərdən zərərli, zəhərli maddələrlə çirklənir, dolur.
“Medicina” xəbər verir ki, qaraciyərin toksinlə dolmasının 7 əlaməti:
1. Qaraciyər olan nahiyədə ağrı, ağırlıq
Əgər siz çox yağlı, qızarmış qidalar yeyib, az hərəkət edirsizsə, qaraciyəriniz böyüyəcək. Əgər hiss edirsizsə, mədəniz daim şişib və yuxarıya doğru sıxılıb deməli, qaraciyər böyüyüb.
2. Tez-tez, xüsusən səhərlər ürəkbulanma
Ürəkbulanma məhz qaraciyər, ödlə bağlıdır.
3. Həssas, saralmış dəri və göz
Qaraciyərdə baş verən istənilən dəyişiklik dəridə özünü göstərir. Hətta qaşınma və səpki ola bilər. Bu onu göstərir ki, qanda həddən artıq çox bilirubin yığılıb.
4. Zəiflik, yorğunluq
Qaraciyər qana toksinlər ötürəndə bütün bədən zəifləyir
5. İstilik, hərarət
Bəzi xəstələrdə bədən temperaturu qalxır.
6. Sidik və nəcisin dəyişməsi.
Sidik tündləşir, nəcis açıq krem rəngi alır
7. Əzələ, oynaq ağrıları – Qaraciyər normal funksiya göstərmədikdə, kalsium, D vitamini də yaxşı mənimsənilmir, dəridə göyrmələr yaranır. Oynaq mayesinin olması da qaraciyərdən asılıdır.
Aygün Musayeva
Milyonlarla insanlara vacib-zəruriyyətin sadə dillə xəbərdarlığınıza görə təşəkkürlər.