Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyərin qeyri-alkoqol mənşəli piylənməsi- Biotənzimləyici mülaicə

  • 2021.01.18 17:37
  • 4321 Baxış
Qaraciyərin qeyri-alkoqol mənşəli piylənməsi - Biotənzimləyici mülaicə

Steatoz, qeyri-alkoqol mənşəli steatohepatit (QASH) və qaraciyər sirrozunu birləşdirən qaraciyərin qeyri-alkoqol mənşəli piy distrofiyası (QQAPD) hazırda qaraciyərin sosial əhəmiyyətli əsas xəstəliklərindən biridir. QQAPD-ın alkoqol mənşəli qaraciyər xəstəliklərindən fərqləndirən mühüm meyar - pasientin hepatotoksik dozada alkoqol (kişilər – >40 q/sutka, qadınlar isə >20 q/sutka təmiz etanol) qəbul etməməsidir; əksər klinik hallarda QQAPD metabolik sindromla assosiasiya olunur.


QQAPD yetkin insanların orta hesabla 20-33%-də rastlanır; bu göstərici müxtəlif ölkələr üçün müxtəlifdir.

Rusiyada 2007-ci ildə QQAPD-in rastgəlmə tezliyi 27%, 2014-cü ildə 37.1% (>10% artım) təşkil etmişdir və bu xəstəliyi qaraciyərin ən çox yayılmış (71.6%) xəstəliyi hesab etməyə əsas verir.


QQAPD həm müxtəlif xəstəliklərin təzahürü, həm də müstəqil patologiya ola bilər. Lakin, xəstəliyin polietiolojiliyi və differensial diaqnostika üçün spesifik laborator markerlərin olmaması qaraciyərin piy infiltrasiyasını, mexanizminə görə qaraciyərdə piy toplanmasına səbəb olan xəstəliklər qrupuna bənzər təsirə qarşı qeyri-spesifik cavabı kimi anlayış formalaşdırır və “qaraciyərin piy infiltrasiyası” morfoloji termini ilə ifadə edilir.


Hazırda bu və ya digər hepatoprotektorların effektivliyi ilə bağlı müzakirələr davam edir. Bu, qaraciyər patologiyalı xəstələrin müalicəsinə optimal yanaşmaların axtarışını zəruri edir. Belə yanaşmalardan biri də biotənzimləyici terapiyadır. Kompleks biotənzimləyici preparatların tərkibinə bitki, heyvan və mineral mənşəli komponentlər daxildir. Xəstəliklərin müxtəlif patogenetik əhəmiyyətli inkişaf və proqressivləşmə mexanizmlərinə çoxtərəfli terapevtik təsir göstərir.


Biotənzimləyici terapiya sərbəst müalicə növü kimi həzm sistemi orqanlarının funksional pozulmalarından tutmuş ciddi orqanik dəyişikliklərə qədər müxtəlif patoloji proseslərdə tətbiq oluna bilər.


Hepeel preparatı (istehsalçı – Heel kompaniyası) qaraciyər funksiyalarının birincili və ikincili pozulmalarının müalicəsi üçün nəzərdə tutulmuş, tərkibində bitki və mineral komponentlərini cəmləyən biotənzimləyici dərman vasitəsidir.


Hepeel preparatının xolestaz, ödçıxarıcı yolların diskineziyası, yenidoğulmuşların konyuqasion sarılığı, xroniki xolesistit, öddaşı xəstəliyi, xolangit, kəskin və xroniki hepatit (toksik, viral və s.), qaraciyər sirrozu, xroniki enterit və kolit, bağırsaq disbiozu, meteorizm, hiperxolesterinemiya, tükənmə, iştahasızlıq, dərinin allergik reaksiyaları və xroniki xəstəlikləri, həmçinin, qaraciyər və öd kisəsinin detoksikasiyasının aktivləşməsini tələb olunan istənilən xəstəlikdə təyini tövsiyə olunur.


Hepeel preparatını gündə 3 dəfə 1 tablet (tableti dilaltında tam sorulana qədər saxlamaq) qəbul etmək məsləhət görülür: qəbul dövrü 2-3 həftə davam edir. Əks-göstərişlər – preparatın komponentlərinə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya, laktozaya dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası. Preparatı digər dərman vasitələri ilə birgə istifadə etmək olar.


Hepeel preparatının komponentlərinin birgə təsiri lipidlərin oksidləşmə reaksiyasını və sərbəst radikalların əmələ gəlməsini xeyli azaldır, həmçinin, antiproliferativ effekt göstərir – yəni neoplastik (onkoloji) proseslərin əsasında duran, kontrol oluna bilməyən hüceyrə böyüməsinin qarşısını alır.


Beləliklə, tədqiqatların nəticələri göstərir ki, Hepeel preparatı antioksidativ təsir hesabına qaraciyər hüceyrələrinin kompleks dəstəklənməsini təmin edir, qlutation konyuqasiyasının köməyilə toksinlərin biotransformasiyası yolu ilə hepatositlərin funksional aktivliyini dəstəkləyir, həmçinin, antiproliferativ (onkostabilləşdirici) xüsusiyyətlərə malikdir.


Tədqiqatlar preparatın hər hansı bir toksiki effektini aşkarlamayıb, bu isə onun yüksək təhlükəsizliyi haqda danışmağa imkan verir. Bundan başqa, Hepeel qaraciyərdə metabolizmə uğramadığından hepatobiliar sistemin patologiyalarında çox vacibdir; bu da preparatın qaraciyər funksiyalarının iltihabı və toksik etiologiyalı pozulmaları, ilk növbədə, xroniki və kəskin qaraciyər xəstəlikləri, o cümlədən, hepatositlərə mənfi təsir edən xroniki infeksiyaların kompleks müalicəsində istifadəsini əsaslandırır.