Səhərlər hiss edilən bu simptomlar qaraciyər və öd kisəsi ilə problem olduğunu göstərir.
“Medicina” xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva çıxış yolunu açıqlayıb.
“Bu əlamətlər varsa, ehtiyatlı olun. Əgər səhərlər iştah yoxdursa, ürək bulanırsa, yağlı qidalar çətin həzm olunursa, öd və qaraciyərdə problem var.
Ən təhlükəli məqam dəri və gözlərin saralmasıdır. Bilirubin artıq tam həll olmur, dəriyə yığılır.
Qaraciyəri xəstə olan adamlar qıcıqlanır, kədərli və qəzəbli olur.
Belə xəstələr üçün birinci qadağa trans yağ olan qidalardır. Belə yağlardan qidalar qaraciyəri çox yükləyir, həzm çox gec gedir.
Qaraciyər tənbəlləşəndə öddə daşlar yaranır”.
Aygün Musayeva