Qaraciyər xəstəlikləri zamanı düzgün və sağlam qidalanma olduqca vacibdir. Saglamolun.az bildirir ki, belə qidalanma qaraciyərin daha tez bərpasına kömək edir.
Bəzi qida məhsulları var ki, onlar qaraciyərin bərpasını sürətləndirir. İlk növbədə bu sarıkökə aiddir.
Tanınmış rusiyalı diyetoloq Olqa Korablyova bildirib ki, qaraciyəri bərpa etmək məqsədi ilə qidalara hər gün sarıkök əlavə etmək lazımdır.
Sarıkök güclü antioksidant xüsusiyyətlərə malikdir və həmçinin iltihabları azaldır ki, bunun nəticəsində orqanizmdə və o cümlədən qaraciyərdə gedən bərpa prosesləri sürətlənir.
Həkim bildirib ki, sarıkök həmçinin depressiya ilə mübarizə etməyə yardım edir, qanda şəkərin səviyyəsini aşağı salır, yaraların sağalmasını sürətləndirir.
Sarıkökün təbii olmasına diqqət yetirin.