Qaraciyər – həyati vacib orqanlardan biridir; o, çoxsaylı toksinlərin təsirinə məruz qalır. Qaraciyər onların mərkəzi zərərsizləşdirilmə orqanıdır, daxili mühitimizi təmizləyən və dezinfeksiya edən bir növ kimyəvi laboratoriyadır. Bu orqanın xəstəlikləri və ya hər hansı bir zədələnməsi zamanı bütöv orqanizm əziyyət çəkir və bütünlüklə sağlamlıq təhlükə altına alınır. Məhz buna görə qaraciyər xəstəliklərinin vaxtında profilaktikası və düzgün müalicəsi belə böyük əhəmiyyətə malikdir.
Qaraciyər orqanizmdə metabolik proseslərə cavabdehdir: öd və bir çox həyati vacib zülallar sintez edir, orqanizmin çoxsaylı qida ilə təmin olunmasında iştirak edir. Qida ilə daxil olan zərərli maddələrin (pestisidlər, həlledicilər) biotransformasiyası məhz burada baş verir.
Burada zəhərli kimyəvi maddələr artıq orqanizm üçün təhlükəsiz və asanlıqla çıxarıla bilən maddələrə çevrilir. Həmçinin, qaraciyər özünün zədələnmiş hüceyrələrini bərpa edə, onları regenerasiya edə bilir.
Təəssüf ki, bir çox hallarda hətta bu zərərsizləşdirmə sistemi də tükənir. Toksin axını zəifləmirsə və qaraciyərin müdafiəsi üçün heç bir tədbir görülmürsə, bu orqanın fəaliyyəti pozulur və strukturu dəyişir.
ƏSAS DÜŞMƏNLƏRİ.
Statistikaya görə, ən çox rast gəlinən qaraciyər patologiyası- qaraciyər hüceyrələrinin "piylənməsi"-dir ki, sonda piy distrofiyasının inkişafına səbəb olur. Adətən, xəstəliyin səbəbi hüceyrə toksinlərinin (ən çox alkoqol), qaraciyəri yükləyən güclü dərmanların və həmçinin "zərərli" yağlarla zəngin yanlış pəhrizin uzunmüddətli təsiridir. Bir qayda olaraq, bütün bunlar fiziki hərəkətsizliklə müşayiət olunur.
Qaraciyərin piy degenerasiyası inkişaf etdikcə, orqanın kütləsi belə dəyişir. Normada təxminən 1,5 kq olan orqan piy distrofiyası zamanı 5 kq-a qədər böyüyə bilər! Ən böyük problem - bu dəyişikliklərin bir çox hallarda heç bir simptomla müşayiət olunmamasıdır. Və xəstəlik yalnız qaraciyər çox böyüdükdə aşkarlanır. Lakin hüceyrə dəyişikliyi prosesi iltihablı dəyişikliklərin (hepatit), qaraciyər fibrozunun və sonradan son dərəcə təhlükəli xəstəlik olan sirroza keçməsilə təhlükəlidir. Nəticədə qaraciyər vəzifələrini tam yerinə yetirə bilmir.
ONUN DƏSTƏYİ
Hazırda alimlər qaraciyəri toksinlərin təsirindən etibarlı şəkildə qoruyaca biləcək müxtəlif maddələr və onların birləşmələrini tapmaq üçün araşdırmalar aparır.
Təəssüf ki, kimyəvi maddələr bu problemi həll edə bilmir: onlar özləri də bu orqana əlavə yük olaraq onun bərpasını əngəlləyən aktiv maddələrə malikdir.
Belə mürəkkəb və kompleks problem qeyri-adi həll tələb edir. Ən effektivi müasir təbii dərman arsenalından xüsusi olaraq qaraciyəri dəstəkləmək üçün yaradılmış dərmanların istifadəsidir. Burada istifadə olunan kompleks vasitələr hər biri müəyyən sahəyə cavabdeh olub, bitki və mineral mənşəli komponentlərdən yaradıldı və hamısı birlikdə qaraciyəri effektiv şəkildə qoruyur.
Bura, Almaniya istehsalı olan kompleks preparat - Hepeel tabletləri aiddir.
Hepeel - toksik maddələr daxil olmaqla müxtəlif qaraciyər zədələnmələrini müalicə etmək üçün istifadə olunur. Preparat yalnız qaraciyərə deyil, biliar sistemə də təsir göstərən təbii mənşəli komponentləri (ala qanqal, balqabaq, dəmrovotu, Hindistan cevizi və s) malikdir. Belə tərkib bu vacib orqanı mənfi təsirlərdən qoruyan tam effekti təmin edir. Hepeel-in tərkibindəki antioksidantlar və bioflavonoidlər oksidləşdirici stresin inkişafını əngəlləyir, həmçinin, hüceyrələrdəki nəzarətsiz dəyişiklikləri aradan qaldırır və fibrozun qarşısını alır. Hətta bu komponentlərin qaraciyərdə xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığına və ağır metalların təsirindən qorumasına dair sübutlar var.
Bu dərman qaraciyərin toksinlərdən etibarlı qorunmasını təmin etməklə yanaşı öd ifrazını stimullaşdırır, spazmları və durğunluğu aradan qaldırır. Bu təsir sayəsində, Hepeel yalnız qaraciyər xəstəliklərində deyil, əksər xroniki xəstəliklərdə qaraciyər funksiyalarını dəstəkləmək, toplanmış toksinlərin xaric edilməsini təmin etmək üçün istifadə olunur.
Hepeel-in dəqiq qəbul rejimini və müalicə kursunu həkim təyin edir, lakin ümumiyyətlə gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl dilin altına 1 tablet şəklində təyin edilir. Preparatın tərkibindəki bitki mənşəli ekstraktlar az dozada olduğundan Hepeel-in heç bir yan təsiri yoxdur, digər orqanları yükləmir.