Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyəri təmizləyən eşşəkqanqalının - 5 FAYDASI

  • 2021.03.23 15:24
  • 5699 Baxış
Qaraciyəri təmizləyən eşşəkqanqalının -  5 FAYDASI

Sizə möcüzəvi faydaları olan bitkidən bəhs edəcəyik. Bəlkə də adını ilk dəfədir, eşidirsiniz.
Bu bitki Azərbaycanda da çöllərdə, yol kənarında rast gəlinən eşşək qanqalıdır.


Eşşək qanqalı nədir, faydaları nələrdir, suallarına Medicina.az-ın təqdim etdiyi bu yazıda cavab tapacaqsınız.

Eşşək qanqalı qanqal, kəngər kimi adlarla tanınır. Qanqaldan bir çox yerdə yeməklər bişirilir. Tərkibi qovrulmuş quzu əti və qanqaldan ibarət olan ləziz təam Türkiyənin Diyarbakır vilayətində sevilərək yeyilir.


Min illər bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qaraciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qaraciyər xəstəlikləri zamanı istifadə edirdilər.
XX əsrdə qanqalın qaraciyərə olan xeyirli təsiri Münhen farmasevtik institutunda təsdiq olunub. Qanqal dünya farmasevtik sənayesində qaraciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edilir. Belə dərmanlar qaraciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.



Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit (öd kisəsi iltihabı), kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düzbağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır.


Eşşək qanqalının faydaları


Miqreni və digər baş ağrılarını müalicə edir.
Qaraciyər yağlanması olanlar isə qanqal yeməyi həftədə ən azı iki dəfə etməlidir.
Diabet, ürək tutması, mədə və sinə ağrısı, ishal və bronxitə qarşı ən əlverişli bitkidir.
Böyrəklərin fəaliyyətini təmin edir. Sidik problemini önləyir.