Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyəri piylənmədən necə xilas edək?

  • 2024.03.09 19:18
  • 1158 Baxış
Qaraciyəri piylənmədən necə xilas edək?

Qaraciyər yağlanması qaraciyərdə öz ağırlığının 5 %-dən çox yağın toplanmasına deyilir.

"Medicina" xəbər verir ki, Binəqədi Tibb Mərkəzinin həkim-qastroenteroloqu Aynurə Məmmədova qaraciyər piylənməsinin səbəblərini açıqlayıb.


"Qaraciyər yağlanması daha çox səssiz seyr edən, zaman içində geriyə dönməyən zədələnmələrə - sirroza qədər gətirib çıxaran bir xəstəlikdir. İlkin mərhələdə proses geriyə dönəndir: Xəstəlik əsasən asimptomatik gedir. Əsas simptomlar halsızlıq, tez yorulma, sağ qabırğaaltı ağrı və dolğunluq hissi olur. Diaqnozun təyin edilməsində ilkin mərhələdə USM-dən istifadə olunur.

Qaraciyər yağlanmasına dair məsləhətlərini verən Aynurə Məmmədova həkim müayinəsinin mütləq olduğunu qeyd edib. Qastroenteroloq həyat tərzi dəyişikliyini, çəki azaltmağı, fiziki aktivliyi artırmağı, alkoqoldan imtina etməyi, tərkibində şəkər olan qidalar və içkilərdən uzaq durmağı və günlük meyvə-tərəvəz istifadəsini artırmağı məsləəhət görüb. Bildirib ki, stress də kortizol hotmon sintezini artırır və nəticədə yağ toplanmasına səbəb ola bilir.

Aygün