Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyəri bərpa edən ət hansıdır?

  • 2023.07.17 13:12
  • 1236 Baxış
Qaraciyəri bərpa edən ət hansıdır?
İnsan qaraciyəri itirilmiş hüceyrələri bərpa etmək qabiliyyətinə görə unikal orqan adlandırılır. Qaraciyər bəzi stresli hadisələrdən sonra öz-özünə bərpa oluna bilər.


Yağsız ətin zülalları qaraciyərin bərpasına kömək edir.

“Medicina” xəbər verir ki, dietoloq Oleq Zoloyevin sözlərinə görə, sağlam qidalanma qaraciyərin öz funksiyalarını saxlamasına kömək edir.

“Rasionda lif və asanlıqla həzm olunan zülallar olan qidalar olmalıdır. Müxtəlif növ kələm, brokkoli, çiy kök, alma, armud, sitrus meyvələri, giləmeyvə, göyərtidən lif almaq olar. Bundan əlavə, bütün taxıllar rasionda olmalıdır - yulaf, arpa, qabıqlı düyü.

Bədənin normal işləməsi üçün kifayət qədər yüksək keyfiyyətli protein almaq vacibdir. Yağsız ətdən alınan zülallar qaraciyərin bərpasına kömək edir.

Tərkibində zülal olan qidalar - yağsız ət, balıq və quş əti, az yağlı turş süd məhsulları yeyilməlidir.
Rasionda yağ mənbələri zeytun yağı, avokado, qoz-fındıqlara üstünlük vermək lazımdır”.

Günay Quluzadə