Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyərdə piylənmə yaradan içkilər

  • 2022.10.13 15:02
  • 3183 Baxış
Qaraciyərdə piylənmə yaradan içkilər


Alimlər insanların rasionunda olan müasir içkilərin qaraciyərdə sürətli piy toplanmasına səbəb olduğu barədə xəbərdar edib.

"Medicina" xəbər verir ki, Barselona universitetinin yeni elmi tədqiqatına görə, şirinləşdirilmiş, fruktozalı içkilər qaraciyər üçün ciddi təhlükədir.

Şirin içkilər yağlı qidalardan daha çox piy toplayır.

İnsanlar düşünür ki, yağ təkcə yeməkdən yığılır, içkidə yağ ola bilməz.

İspan alimləri bu nəticəyə gəlib ki, bu içkilərin daxilə qəbulu zamanı ChREBP faktorunun aktivliyi baş verir, nəticədə fermentlərin hasili kəskin artır, bu fermentlər qaraciyərdə yağ turşularının

sintezini stimulə edir. İnsan içkini içir, qaraciyərə səhv siqnal gedir, içki ilə bədənə yağ daxil olmur, amma qaraciyər fruktozanı parçalamaq üçün yağ aktivləşdirir.

Nəticədə bu yağlar qaraciyər toxumasında toplanıb qalır.

Belə halda qaraciyər nəinki piylənir, onda fibrozlaşma, çapıqlaşma başlayır.

Daha sonra orqan öz funksiyasını görə bilmir, orqanizm toksinləşir.


Aygün Musayeva