Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyərdə detoksikasiyaya nutrisioloji dəstək - Azərbaycanlı həkimdən elmi yanaşma

  • 2020.10.19 16:15
  • 2771 Baxış
Qaraciyərdə  detoksikasiyaya nutrisioloji dəstək  - Azərbaycanlı həkimdən elmi yanaşma



İnsan - təbiətin ayrılmaz hissəsidir, buna görə də orqanizm ətraf mühitin istənilən dəyişikliyinə çox həssaslıqla cavab verir. İnsan da daxil olmaqla, bütün canlı hüceyrələrdə gedən biokimyəvi proseslər milyon-larla illər əvvəl formalaşmışdır. Və bütün bu müddət ərzində canlı dünyanın evolyusiyası ideal ekoloji təmiz mühitdə baş vermişdir. Lakin 21-ci əsrdə texniki proqress planeti tanınmaz dərəcədə dəyişmişdir.


ь Biosfera dəyişmiş
ь Ətraf mühit (ekologiya) dəyişmiş
ь Daxili mühit (endoekologiya) dəyişmiş
ь Yeni xəstəliklər yaranmış; məlum xəstəliklərin gedişatı pozulmuş, atipikləşmişdir
ь Bəşəriyyət dərmanların təsirinin zəifləməsi və dəyişməsi, müalicənin effektsizliyi ilə üz-üzə qalmışdır
ь Əksəriyyətimiz təbiətdən kənarda həmçinin, qida, su, hava ilə daxil olan çoxsaylı kimyəvi maddə, toksinin əhatəsində yaşayırıq.

Müasir insanın orqanizmi toksinlə yüklənmişdir.

Toksin mənbəyi olan əsas çirkləndirici amillər:

• Ətraf mühit tullantıları (ksenobiotiklər- ağır metallar, üzvi kübrələr, dərmanlar, sənaye toksinləri..)
• Stress endotoksinləri
• Yanlış qidalanma (yanlış qida seçimi və rejimi)
• Kosmik şüalar, geomaqnit sahələr
• Həyat tərzi (yanlış yuxu rejimi, zərərli vərdiş-lər, fiziki və ya psixi yüklənmə...)
• Maddələr mübadiləsi pozulması nəticəsində yaranmış endotoksinlər (bilirubin, öd turşu-ları..)
• Fizioloji mübadilə nəticəsində yaranmış endotoksinlər (neyromediatorlar, hormonlar, eykozanoidlər, yağ turşuları, retinoidlər)
• Regional klimatik amillər

Hər bir xəstəlik - ilk öncə orqanizmin təşkil olunduğu hüceyrələrin xəstəliyidir. Hüceyrələr hüceyrəarası sahədə (interstisium) yerləşir. İnterstisium vasitəsilə hüceyrələrə qidalı maddələr gəlir, elə bu yolnan da işlənmiş maddələr xaric olunur. Hüceyrələrimiz interstisial sahənin çirklənməsindən əziyyət çəkir. Toksinlərin 3%-i qanda, 7%-i limfada, 7%-i hüceyrələrdə, 83% isə hüceyrəarası sahədə toplanır.


Sağlam orqanizmdə fizioloji olaraq toksinlərin yaran-ması və zərərsizləşdirilməsi prosesi tarazlaşdırılmışdır. Təkamül prosesində zərərli maddələrin çevrilməsi və xaric edilməsini təmin edən mükəmməl bir sistem formalaş-mışdır. Belə ki, həyat fəaliyyəti nəticəsində əmələ gələn toksik maddələr detoksikasiya sistemləri tərəfindən zamanında xaric edilir və optimal sağlamlıq qorunmuş olur.


Toksin yükünün artması ilə induksiya olunmuş intoksikasiya bir çox xroniki multifaktorial xəstəliklərin həmçinin, xroniki yorğunluq, əzələ zəifliyi, əqli pozulmalar ilə xarakterizə olunan sindromların inkişafını provokasiya edə bilər. Narahatedici faktdır ki, toksiki birləşmələrin əsas hissəsi yağda həllolan molekullardır.
Suda həll olan molekullar sidik ilə xaric olduğu halda, yağda həll olanlar sidikçıxarıcı yollar ilə ekskresiya olunmur; bunun əvəzində onlar hüceyrə membranlarının lipidlərinə birləşərək, asanlıqla hüceyrə daxilinə nüfuz edib, orada toplanıb, sitotoksik təsir göstərə bilir. Beləliklə, toksiki birləşmələr, orqanizmdə kumulyasiya edərək, toxumalara, xarici mühit-də olduqlarından daha yüksək konsentrasi-yada təsir edir. Müxtəlif toksiki birləşmələrin xaric edilməsi üçün orqanizmdə kompleks sistem çalışır ki, bunun vasitəsilə yağda həllolan molekullara çevrilir və eliminasiya olunur.

Detoksikasiya və ya ksenobiotiklərin
biotransformasiyası adlanan bu sistemə daxildir:


- İmmun sistemi
- Qaraciyərin detoksikasiya sistemi
- Ekskretor orqanlar: mədə-bağırsaq traktı, böyrəklər,
ağciyərlər, dəri

Biotransformasiya fermentlərinin zənginliyi və yüksək aktivliyinə görə detoksikasiya əsasən qaraciyərdə gedir. Həmçinin, portal sistem mədə-bağırsaq traktına düşmüş bütün maddələrin ümumi qan dövranına düşməzdən əvvəl onun qaraciyərdə keçməsini təmin edir.


Biotransformasiya sistemi 2 fazadan (bəzən 3 faza da qeyd olunur) ibarətdir (cədvəl 1): bioaktivasiya fazası və konyu-qasiya fazası. Birinci faza reaksiyaları 150-dən çox fermenti birləşdirən Sitoxrom P450 sistemi (CYP450) və bir sıra digər fermentlərin iştirakı ilə həyata keçirilir. Fermentlərin aktivliyi insanın genetik xüsusiyyətindən, təsir edən toksinin səviyyəsindən və nutrient statusundan asılıdır.


Bu fazada bəzi məhsullar, bioaktivasiya olaraq suda həll olan formaya çevrilib ekskresiya olunur (kofein, dərmanlar). I faza reaksiyaları aralıq məhsullarının yaranması ilə müşayiət olunur. Bu maddələr bəzən ilkin maddədən də çox aqressiv xassəli olub, hüceyrələrə dağıdıcı təsir göstərə bilir (buna görə onların dərhal II faza fermentləri vasitəsilə zərərsizləşdirilməsi çox vacibdir). Həmçinin, I fazada sərbəst radikalların istehsalı artaraq oksidativ stresin güclən-məsinə səbəb olur.


Lakin toksinlərin bir çoxunun ekskresiyası üçün I fazada biretaplı çevrilmə kifayət etmir; onların lipid xassələrinin dəyişilməsi üçün II faza reaksiyaları tələb olunur. Beləliklə, biotransformasiyaya məruz qalmış bu məhsullar II fazada konyuqasiya olunaraq, çıxarıcı orqanlar vasitəsilə orqanizmdən xaric edilir.



Detoksikasiyanın iki fazası bir-biri ilə sıx əlaqəli çalışmalıdır; I və II faza arasında balansın qorunması çox vacib məqamdır. II faza proseslərinin sürəti I fazada əmələ gələn reaktiv aralıq məhsullarının yaranma sürəti ilə eyni olmalıdır; əks təqdirdə reaktiv maddələrin yaranma və çevrilməsində disbalans qaçılmazdır, çünki I fazada yaranan maddə dərhal konyu-qasiya olunub xaric edilmədikdə, DNT/zülallarla birləşib geridönməz hüceyrə reaksiyaları törədə bilər. Əgər II faza hər hansı səbəbdən inhibə edilərsə və ya I faza daha sürətlə gedərsə, tarazlıq pozulur.



Məsələn, bəzi dərmanlar I fazanı inhibə edə bilər ki, bu zaman toksinlər dəyişilməz olaraq qalır. Və yaxud, tütün, alkoqol, bəzi medikamentlər I fazanı sürətləndirərək, balansı poza bilər. Buna görə də biotransformasiya edilmiş molekulların tez bir zamanda II faza reaksiyalarına məruz qalıb eliminasiya olunması çox mühümdür. Həm birinci, həm ikinci fazanın mükəmməl çalışması müxtəlif nutrientlərdən asılıdır (cədvəl 2). I fazada Sitoxrom P450–nin normal fəaliyyəti üçün vitamin və mikroelementlər, o cümlədən Fe, Mg, Mo, Zn, Cu, S; həmçinin C, E, B qrup (B1, B3, B5, B6, B9, B12) vitaminləri, alfa-lipoy turşusu vacibdir.




Bu maddələr Sitoxrom P450-nin kofaktor-ları olub sərbəst radikalların zərərsizləşdiril-məsində iştirak edirlər.
Bir çox qoruyucu xassəli bitki nutrientləri II faza enzimlərini tənzimləyən genlərin ekspressiyasını induksiya edərək, konyu-qasiyaedici zülalların sintezini artırır və II fazanın aktivliyini yüksəldir (qlisin, qlutation, Vit B6, kurkumin); vit B12, fol turşusu, metionin, betain və xolin metilləşməni, sistein, metionin, taurin sulfatasiyanı dəstəkləyir.


Bəzi maddələr monofunksional induk-tor qismində çıxış edərək, yalnız I, yaxud II faza fermentlərinə təsir edir.
Bitki mənşəli bifunksional modulyatorlar isə hər iki fazada çalışaraq, detoksikasiyanı optimal balansda saxlayır. Bunlara bir çox giləmeyvə və narın tərkibindəki Ellagik turşusu (ellagik acid), yaşıl çay və üzümün tərkibindəki katexinlər, xaççiçəkli tərəvəzlərin (kələm, brokkoli, ..) tərkibindəki qlükozilatlar və s. aiddir.


• Yaşıl çayın tərkibində olan katexinlər – II faza fermentləri olan qlutation S-transferaza və kvinon-reduktazanın induksiya-sını artırır, I faza Sitoxrom P450-nin spesifik biotransfor-masiya enzimlərinin isə həddən artıq induksiyasını inhibə edir.


• Giləmeyvələr (böyürtkən, moruq, çiyələk) və narın tərkibindəki Ellagik turşu (ellagik acid) –I fazada biotransformasiyanı modulyasiya edir, II fazada qlutation-S-transferaza və kvinon-reduktazanın induksiyasını artırır.
• Brokkolinin tərkibində olan İndol-3-karbinol və sulforafan detoksikasiya fermentlərinin aktivliyini tənzimləyir.
• Ənginar – antioksidant müdafiəni təmin edir


• Acı qıjı bitkisinin qlükozilatları – hər iki faza fermentlərini modulyasiya edir.
• Alaqanqalın tərkibində olan silimarin – qlutation və qlutation-peroksidazanın səviyyəsini artırır və qlutation-S-transferazanı induksiya edir. Həmçinin, silimarin qlikozidləri güclü antioksidant xassəyə malikdirlər.


• Naringi, portağal və limon qabığında olan D-limonen maddəsi


• Soğan və sarımsağın tərkibində kükürd (allisin komponenti), selen və s.

Bifunksional modulyatorların bu xassələri meyvə-tərəvəzlə zəngin rasionla xroniki qeyri-infeksion xəstəlik riskinin azalması arasındakı əlaqəni göstərir. Məhz tərəvəz, giləmeyvə bifunksional modulyatorların ən zəngin mənbəyidir.

Detoksikasiyanın mükəmməl getməsi üçün kifayət qədər ATF sintezi vacibdir. Təəssüf ki, bir çox toksinlər və normada enerji sintezini müşaiyət edən sərbəst radikallar mitoxondrilərin funksional aktivliyini inhibə edərək, ATF hasilatını əngəlləyir. Mitoxondrilərin funksional aktivliyini dəstəkləmək üçün niasin, B1, B2, Mg, pantoten turşusu kimi kofaktorlar; sərbəst radikalları zərərsizləşdirmək üçün Vit C, E, Zn, Se, Cu kimi antioksidantlar zəruridir. Həmçinin, enerji hasilatının mühüm mənbəyi olan, yüksək biomənimsənilməyə malik yağ turşuları müntəzəm qəbul edilməlidir. Sübut olunub ki, zeytun yağı kimyəvi zədələnmə səbəbli qaraciyər fibrozundan qoruyucu xassəli olduğundan detoksikasiya prosesi üçün bitki yağı mənbəyi ola bilər.

EPA və DHA omega-3 yağları qlutationtransferaza və qlutation-peroksidaza fermentlərinin funksional aktivliyini artırmaqla disbalansı azaldır.






Detoksikasiyanın optimal getməsi üçün digər vacib nutrient-qida lifləridir. Belə ki, konyuqasiya olunmuş metabolitlər öd ilə bağırsağa tökülüb xaric edilir. Bunların tam və zamanında eliminasiyası üçün bağırsağın vaxtlı-vaxtında boşalması önəmlidir. Qida lifləri ən aktiv təbii enterosorbentdir və bağırsaq motorikasını aktivləşdirərək biotransformasiya olunmuş toksik maddələrin normal ekskresiyanı təmin edir. Bundan əlavə, suyun kifayət qədər qəbulu böyrək funksiyasının dəstəklənməsi və hidrofil toksinlərin sidik ilə ekskresiyası üçün vacibdir.


Beləliklə, optimal sağlamlığın qorunması və xroniki qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında toksinlərin emal edilib eliminasiyası ən vacib şərtdir. Bu prosesin optimal gedişatında nutrient faktoru başlıca rol oynayır. Bu baxımdan seçici, sağlam, vitamin və minerallarla zəngin qidalanma – mükəmməl detoksikasiyanın və deməli, sağlamlığın mühüm komponentlərindən biridir.


Detoks prosesini sürətləndirmək, limfa drenajını və çıxarıcı orqanların fəaliyyətini yaxşılaşdırmaq üçün Heel Kit - təbii tərkibli
biotənzimləyici kompleksi istifadə etmək də (30 damcı gündə 3 dəfə yeməkdən əvvəl) uğurlu addımdır.

Amalya Rəhimova, həkim-nutrisioloq
Bioloji Təbabət klinikası









Ədəbiyyat:
1. Омельчук С. Т. Механизмы детоксикации ксенобиотиков: поддержка баланса детоксикации компонентами продуктов питания растительного происхождения / С. Т. Омельчук, Н. В. Великая, В. Н. Залесский / Проблеми харчування. - 2015. - № 1. - С. 23-37.
2. Залесский В.Н. Наночастицы и нейротоксичность: молекулярно-клеточные механизмы нейровоспаления, окислительного стресса при нейродегенеративных заболеваниях и их потенциальная нутриентопрофилактика / В.Н. Залесский, Н.В. Великая, С.Т. Омельчук // Сучасні проблеми токсикології, харчової та хімічної безпеки. — 2014. — № 64-65/(1-2). — С. 27–37.
3. Куценко С.А. ОСНОВЫ ТОКСИКОЛОГИИ. Санкт-Петербург, 2002 г ТОМ 4, СТ. 119. Март, 2003
4. Чурносов М.И., Полякова И.С., Пахомов С. П., Орлова В.С МОЛЕКУЛЯРНЫЕ И ГЕНЕТИЧЕСКИЕ МЕХАНИЗМЫ БИОТРАНСФОРМАЦИИ КСЕНОБИОТИКОВ Текст научной статьи по специальности «Фундаментальная медицина»