Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyər yağlanmasının əsas əlamətləri

  • 2024.02.20 14:53
  • 1072 Baxış
Qaraciyər yağlanmasının əsas əlamətləri
Qaraciyər yağlanması bir çox sağlamlıq probleminə səbəb olur. Bütün xəstəliklərdə olduğu kimi, erkən diaqnoz təhlükəni daha asan sovuşdurmağınıza kömək edə bilər.


Bəs qaraciyər yağlanmasının ilkin əlamətləri nələrdir?


Qarnın üst hissəsində ağrı

Qarnınızda tez-tez ağrı hiss edirsinizsə, səbəbi qaraciyər yağlanması ola bilər. Ağrı bəzən kəskinləşirsə, deməli qaraciyərdən şübhələnmək üçün kifayət qədər səbəb var.


Qarında şişkinlik

Qaraciyərdə toplanan yağlar qarında şişkinliyə səbəb ola bilir. Şişkinlik problemi yaşayanlar mütləq qaraciyər analizi verməlidirlər.


Yorğunluq və halsızlıq

Qaraciyərin normal fəaliyyət göstərə bilməməsi bədəndə ümumi yorğunluğa və halsızlığa səbəb olur. Əgər səbəbini bilmədiyiniz yorğunluq və halsızlıq halları yaşayırsınızsa, qaraciyəriniz piylənmiş ola bilər.


Çəki artımı

Qaraciyər yağlanması kökəlməyə gətirib çıxarır. Çünki bədən yağı sistemli şəkildə yandıra bilmir. Qısa müddətdə kökəlir və ya dietaya uyğun qidalandığınız halda arıqlaya bilmirsinizsə, səbəb qaraciyərinizdəki problem ola bilər.


Dəri problemləri

Qaraciyər yağlanmasının ən əlamətdar siqnallarından biri dəridə meydana gələn problemlərdir. Dəridə sarılıq, qaşıntı, qızartı kimi problemlər varsa və ya kapilyar damarlar üzə çıxıbsa, qaraciyər yağlanması ağla gəlir.


İştahın azalması

Əksər hallarda kökəlməyə səbəb olan qaraciyər yağlanması bəzi insanlarda isə iştahın kəsilməsinə gətirib çıxarır.


Maddələr mübadiləsinin pozulması

Qaraciyər yağlanması ilə üzləşən şəxslərdə maddələr mübadiləsi pozulur. Həmçinin qalxanabənzər vəz normal fəaliyyət göstərə bilmir. Piylənmə, yüksək qan təzyiqi, yüksək qan şəkəri müşahidə edilir.

Bu əlamətlərdən hərhansı biri sizdə də varsa, vaxt itirmədən həkimə müraciət edin.