Orqanizmin laboratoriyası qaraciyər sağlam olmayan qidalardan, həyat tərzindən, oturaq rejimdən, içkidən piylənə və xroniki qaraciyər xəstəliyi yarana bilər.
Medicina.az xəbər verir ki, hazırda
qaraciyəri məhv edən 3 əsas səbəbdən biri piylənməsi, yağlanmasıdır. Digər ikisi isə alkoqol hepatiti və virus hepatitlərinə bağlı sirrozdur.
Qaraciyər yağlanmasının az bilinən əlamətlərindən biri də bədənin aşağı temperaturudur. Yəni temperatur 36,6 dərəcəyə çatmır, daim aşağı olur.
ABŞ Klivlend Universitetinin alimləri qaraciyər yağlanmasının əsas əlamətlərini sadalayıblar:
- Xəstənin arada bir yüngül titrətmə ilə qızdırması – 37-ə çatır
- Ürəkbulanma
- Qarının sağ yuxarı hissəsində yanma, ağrı, sancı hissi
- Çəkidə azalma
- Ayaqların şişməsi
- Qarında şişkinlik
- Yüngül saralma
Əgər bu əlamətlər varsa, o zaman hepatoloqa getməli, qaraciyər dərindən yoxlanmalıdır. Təkcə USM etməklə qaraciyər barədə məlumat almaq olmaz.