Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyər xəstəliyində ayaqlar şişə bilər – Həkim

  • 2022.11.28 15:10
  • 3899 Baxış
Qaraciyər xəstəliyində ayaqlar şişə bilər  – Həkim

Ayaqların ödemləşməsi, sanki işməsi, maye yığılması qaraciyər xəstəliyi, iltihabı və piylənməsində, eləcə də sirrozda ola bilər.


“Medicina” xəbər verir ki, qaraciyərin qeyr-alkoqol piylənməsi 30% hallarda simptomsuz keçir.

Qeyr-alkoqol mənşəli steatohepatit zamanı qaraciyər daha çox sirroza meyillənir.
Qaraciyərdə baş verən proseslər fiziki simptomlar verir.


Belə piylənmə və sirroz zamanı ayaqlar və qarın qəfildən şişə bilər.

Bu qaraciyərdən gələn qanı qəbul edən venalarda daxili təzyiqin yüksəlməsinə görə baş verir.

Sirrozun digər əlamətləri – dəridə, ayaqlarda hörümçək toruna bənzər damarlar, sarılıq, qaşınma, arıqlama, iştahsızlıq, yorğunluqdur.

Qaraciyərin qeyri-alkoqol steatohepatitin qarşısını almaq üçün yemək porslarını azaltmaq, kiçiltmək, çəkini normadan saxlamaq, sağlam qidalanma lazımdır.

Aygün Musayeva